“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Yevlax rayon nümayəndəliyində yerləşən təlim mərkəzində “Jonh Deere” markalı pambıqyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün keçirilən təlim kursları başa çatmaq üzrədir.
İyulun 23-dən keçirilən təlimlərə 230 mexanizator cəlb olunub. Təlimlərin keçirilməsində məqsəd bu il pambıq yığımının tam itkisiz və vaxtında həyata keçirilməsinə nail olmaqdır.
Avqustun 20-də saat 11.00-da təlim mərkəzində kursun başa çatmasına həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə təlim kurslarını uğurla başa vurmuş mexanizatorlara sertifikat təqdim olunacaq.
Bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər və mübarizə tədbirləri davam etdirilir
31 May 2024
İyunun 1-dən “tedaruk.az” portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsinə başlanır
31 May 2024
Nazir Məcnun Məmmədov Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb
31 May 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Şabranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
31 May 2024
Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Oğuzda vətəndaşları qəbul edəcək
31 May 2024