• Ana səhifə
  • Xəbərlər
  • “AQROLİZİNQ”LƏ FERMER VƏ SAHİBKARLAR ARASINDAKI ÜNSİYYƏT QARŞILIQLI DİALOQ ÜZƏRİNDƏ QURULMALIDIR
“AQROLİZİNQ”LƏ FERMER VƏ SAHİBKARLAR ARASINDAKI ÜNSİYYƏT QARŞILIQLI DİALOQ ÜZƏRİNDƏ QURULMALIDIR

 

May ayının 11-də Kənd Təsərrüfatı Nazirliyində nazir İnam Kərimov və “Aqrolizinq” ASC -nin regional nümayəndəliklərinin iştirakı ilə toplantı keçirilib.

“Fermerlərlə ən çox təmasda olan və onları dinləyən Aqrolizinqdir. Onlar idarəçiliyi düzgün qurmalı, fəaliyyətləri çevik və operativ olmalıdır. Pambıq və taxıl məhsulları ölkəmiz üçün prioritet sahələrdir və onların vaxtında və itkisiz yığılması məsuliyyəti məhz “Aqrolizinq”in üzərinə düşür. “Aqrolizinq”lə fermer və sahibkarlar arasındakı ünsiyyət qarşılıqlı dialoq üzərində qurulmalıdır. Bunlar bizim əsas fəaliyyət prinsiplərimizdir”, -deyə nazir toplantını açıb.

Toplantıda nazir taxil biçini kampaniyası başlamazdan əvvəl “Aqrolizinq” ASC –nin qarşısına qoyulan əsas vəzifələri toplantı iştrakçılarının nəzərinə çatdırıb. Bildirib ki, mövcud texnikalar mövsumlə bağlı tam işlək vəziyyətdə olmalı və taxıl yığımı kampaniyası səmərəli təşkil edilməlidir. Kombaynların dislokasiyası müəyyən edilməli, tarlada texnikalar sürtgü yağları və yanacaqla təmin olunmalıdır. Bitkiləri zərərvericilərdən qorumaq üçün dövri mətbuatda mütəmadi olaraq maarifləndirici verilişlər hazırlanmalıdır. Həmçinin maliyyə nizam - intizamına, şəffaflığa və dövlət vəsaitinə ciddi nəzarət olunmalıdır.

Sonda nazir İnam Kərimov “Aqrolizinq” ASC –yə və onun regional nümayəndəliklərinə öz tapşırıq və tövsiyələrini verib.


  • A
  • A
  • A