“Aqroskop” jurnalının 6-cı buraxılışı işıq üzü görüb. “Aqroskop” jurnalı fermer və aqrar sahədə fəaliyyət göstərən sahibkarların gördükləri işin keyfiyyətini artırmaq, fərdi bizneslərini genişləndirmək üçün onları müasir üsul və texnologiyalardan xəbərdar edir.
Jurnalda aqrar sahə üzrə peşəkar mütəxəssislərin yazıları, araşdırmaları, təhlillərı, xarici mənbələrdən əldə edilmiş məlumatlar və yeniliklər yer alır. Rüblük olaraq 3 min nüsxədə çap olunmaqla, www.aqroskop.az veb platforması ilə geniş çevrəyə yayılır. Jurnalın buraxılışlarından yararlanaraq kənd təsərrüfatında istifadə oluna biləcək dünya trendləri və gələcəyə hədəflənən innovativ yeniliklərdən xəbərdar olmaq mümkündür.
6-cı buraxılışda vahid əkinçilik sistemi, Qarabağ düzənliyi şəraitində buğda sortlarının səpini, yeni introduksiya olunmuş gilas sortları, zeytun bitkisinin əsas zərərvericiləri, toxumçuluğun inkişaf perspektivləri, zirvədə qərarlaşan ətraf mühit problemləri və digər mövzularda qiymətli məqalələr yer alıb. Məqalələr vasitəsilə fermer və sahibkarlar daha məlumatlı olur. Bununla da aqrar sahədə uğurlar və yüksək nəticələr əldə etmək mümkündür.
Jurnalın saytına keçid edərək kənd təsərrüfatında gündəmdə olan mövzularla bağlı məqalələrlə tanış olmaq mükündür:
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024