Arı ailəsi beçəvermə yolu ilə çoxalırlar. Arı ailəsində sürfələri yemləmək üçün tələb olunduğundan çox arı yetişdikdə beçəvermə dövrü başlayır. Bu zaman yemləyici arılarda çoxlu süd toplanır və bunun nəticəsində onların fizioloji vəziyyəti dəyişir və ananı beçə kasacığına yumurta qoymağa məcbur edirlər. Bu vəziyyət arı ailəsinin beçə verməyə hazırlaşdığını göstərir. Beçəverməyə hazırlaşan arılar ancaq həyat üçün zəruri olan işləri yerinə yetirir: su gətirir, pətəyin havasını dəyişdirir. Bundan başqa ana yumurta qoymanı azaldır, arılar şan hörmə işini dayandırır, pətəyə nektar və çiçək tozu gətirilməsini azaldır, pətəkdə olan yem ehtiyatı sürətlə sərf olunur və fəaliyyətsiz halda arılar şanın üstündə oturur, yaxud pətəyin qabağına toplaşırlar. Arıların belə vəziyyəti bal toplama dövründə onların məhsuldarlığının azalmasına səbəb olur.
Beçə qrupuna daxil olan arılar 4 günlükdən 22 günlüyə qədərdir. Dörd gündən cavan və 22 gündən yaşlı arılar köhnə yuvalarında qalırlar. Beçəvermədə 4 günlük arıların 100%-i, 8 günlük arıların - 85, 10 günlük arıların - 69, 14 günlük arıların - 44 və 20 günlük arıların 10%-i iştirak edir. Deməli, beçənin tərkibində cavan və işgüzar arılar olur.
Beçə pətəkdən çıxmazdan əvvəl çinədanlarını balla doldururlar. Beçə ilə pətəkdəki arıların yarısına qədəri, xüsusilə beçəvermə ərəfəsində işsiz qalan cavan arılar gedirlər. Pətəkdə isə adətən uçuş arıları və sürfə yemləyən cavan arıların bir hissəsi qalır.
İlk beçə birinci ana qovuqcuğunun möhürlənməsindən sonra əvvəlki ana ilə sakit havada gündüz saat 10-14-də gedir. Beçə ana ilə birlikdə pətəkdən çıxaraq yaxınlıqda ağacın budağına toplaşırlar. Sonra pətəyin başqa arıları da gəlib onlara qoşulurlar.
Bal arıları niyə beçə verirlər? Buna səbəb aşağıdakılardır:
Əgər ana uçub getmirsə, beçə arıları yenidən pətəyə qayıdırlar. Ağaca toplaşmış beçə adətən 2-3 saat və bəzən isə bir sutkayadək orada qalır. Kəşfiyyatçı arılar beçə üzərində səfərbəredici rəqs edib yeni yaşayış yerinin istiqamətini və məsafəsini onlara bildirdikdən sonra beçə uçub gedir.
Beçə çıxmış pətəkdə bir neçə gündən sonra cavan qız-ana çıxır. Bir həftədən sonra isə həmin ana mayalanma uçuşu keçirir. Ana yuvasında sürfə varsa və ondan təzə ananın çıxması gözlənilirsə arılar buna imkan vermir və onu məhv edirlər.
Əgər cavan ana ikinci beçə ilə uçubsa bu zaman arılar ana sürfəsini tələf etməyib ondan yeni ana yetişdirirlər. Beçəverməyə hazırlaşarkən ana şan üzərində o tərəf bu tərəfə qaçır. Ana beçə ilə uçub getdikdən sonra pətəkdə qalmış arıların yeni anası yetişir. İkinci beçəvermədən 3-4 gün sonra üçüncü beçə çıxa bilər.
Bəzən arı ailəsi bir mövsümdə 4-5 dəfə beçə verə bilir. Təcrübəli arıçılar arıxanada təbii beçəvermənin qarşısını alırlar. Çünki belə hal bal yığımına mənfi təsir göstərir. Onlar vaxtındaca özləri ayırma beçə götürür və onu əsas bal yığımına hazırlayırlar. Təbii beçəverməyə qarşı aparılan əsas tədbirlərdən biri də mayalanmış ana ilə beçə ayırmaqdan ibarətdir. Yaz-yay mövsümündə alınmış cavan analı ailələr beçəverməyə az meyilli olurlar və ya beçə vermirlər.
Arı ailəsinin beçə vermə arzusunu azaltmaq və bu yaradan səbəbləri aradan qaldırmaq üçün bəzi tədbirlər görülür. Bunun üçün beçə verməyə hazırlanan bir pətəkdə ediləcək ilk iş, pətəyin iç həcmini genişlətməkdir. Bunun üçün pətəkdə olan nizamsız hörülmüş şanlı çərçivələrdən və qapalı körpə şanlı çərçivələrdən bir neçəsi götürülür. Götürülən körpə şanlı çərçivələr zəif arı ailəsinə verilir. Pətəkdə arıları işlə təmin etmək üçün boşalan yerlərə təzə hörülmüş şanlar (yaxud süni şanlı çərçivələr) qoyulur. Beləcə ana arının yumurta qoyma yeri genişlənmiş olur.
Arıçı arı ailəsində beçəverməyə səbəb olacaq ana arı üsküyünün yaranmasının qarşısını ala bilsə, təbii beçəvermənin də qarşısını almış olur. Beçəvermənin qarşısını almaq üçün digər tədbirlər də görülməlidir.
Pətəkdə havalandırma sistemini qurmaq üçün pətəyə gövdə (əlavə üslük) qoyulmalıdır. İstilər artdıqca uçuş bacası ilə yanaşı havalandırma dəliyi də açılmalıdır. Həddindən artıq istiliyə məruz qalmaması üçün pətəklərin üzəri yarpaqlar və ya quru otlarla örtülməlidir. Arı ailələrində daima gənc ana arı olmalı və beçəvermə meyili az olan arı irqləri tərcih (üstünlük verilməli) edilməlidir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024