• Ana səhifə
  • Xəbərlər
  • ASTARADA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI TƏŞKİL OLUNACAQ
ASTARADA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI TƏŞKİL OLUNACAQ

Fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satış mart ayının 9-da Astara rayonunun Kijebe qəsəbəsi, Bayraq Meydanının yaxınlığında keçiriləcək. Bu qəsəbənin Ojəkəran, Tüləküvan, Burzubənd, Noyabud, Ovala, Xıçaso, Şəmətük, Sipiyaəlfətük, Vənəşikəş yaşayış məntəqələri və qonşu kəndlər olan Maşxan, Ərçivan, Lovayın, Deqədi, Təngərüd, Sərək, Səlivə, Şüvi sakinləri də səyyar satışdan yararlana biləcək.  

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün +994 50 552-55-44 nömrəsi ilə (Abbasov Etibar, Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) əlaqə saxlaya bilərlər.

  • A
  • A
  • A