Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 14-nə olan operativ məlumata görə, ölkə ərazisində 280622,9 hektar ərazidə taxıl biçini aparılıb, 225782,3 hektar ərazidə arpa, 54840,65 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 843624,3 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30 sentner təşkil edir.
Bərdə rayonunda arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad Beyləqan, Zərdab, Yevlax, Cəlilabad və Masallı rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahənin 29161 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9600 hektar sahənin 9550 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax, Bərdə, Beyləqan, Samux, Goranboy, Qax, Masallı, Ağcabədi, Füzuli, Ağdam, Tərtər və İmişli rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024