Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 21-nə olan operativ məlumata görə, ölkə ərazisində 493783,4 hektar ərazidə taxıl biçini aparılıb, 284622,5 hektar ərazidə arpa, 209160,9 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1545015,5 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,2 sentner təşkil edir.
Zərdab, Yevlax, Sabirabad, Kürdəmir, Ağdam, Kəlbəcər, Neftçala, Saatlı, Balakən, Ucar, rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Füzuli, Cəbrayıl, Laçın, Lənkəran, Samux, Tərtər rayonlarında arpa biçini başa çatmaq üzrədir. İmişli ərazisində arpa əkilmiş 6322 hektar sahənin 6317 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 34,2 s/ha təşkil edir. Tərtər rayonu ərazisində arpa əkilmiş 3814,5 hektar sahənin 3797 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,7 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024