Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 26-na olan operativ məlumata görə, ölkə ərazisində 653702,7 hektar ərazidə taxıl biçini aparılıb, 306001,6 hektar ərazidə arpa, 347701,05 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2089895 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,9 sentner təşkil edir.
Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, Qax, Neftçala, İmişli və Masallı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Füzuli, Cəlilabad, Göyçay rayonlarında arpa biçini başa çatmaq üzrədir. Goranboy ərazisində arpa əkilmiş 13449 hektar sahənin 13339 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6816 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu, Ağdaş rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024