Bu gün Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq Hacıqabul şəhərində “Respublika toxum sərgi-satış” yarmarkası keçirilib. Yarmarkada Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, yerli toxum istehsalçıları, Azərbaycan Toxumçular Assosiasiyası, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan danışıb, belə bir sərginin Hacıqabul şəhərində keçirilməsindən məmnunluğunu bildirib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən davamlı olaraq zəruri tədbirləri həyata keçirilir.
S.Mövlayev Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq toxum və ting bazarının tənzimlənməsi əsas hədəflərdən biri kimi qarşıya qoyulduğunu nəzərə çatdırıb. Qeyd edib ki, yarmarkanın keçirilməsində əsas məqsəd toxum ticarət şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, həmçinin fermerlərə sertifikatlı toxumun əlçatanlığının təmin olunmasıdır.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxumçu fermerlərə daim dəstək göstərildiyini, toxum istehsalçılarına verilən subsidiya mexanizminin təkmilləşdirildiyini, fermer və torpaq mülkiyyətçilərinin sertifikatlı toxuma əlçatanlığının təmin olunması sahəsində şəffaflığın daha da artırıldığını deyən S.Mövlayev payızlıq buğda və arpa səpininin optimal müddətdə başa çatdırılması üçün fermerlərin vaxtında sertifikatlı toxumla təmin olunması istiqamətində işlərin uğurla həyata keçirildiyini vurğulayıb. Aqrar Xidmətlər Agentliyinin sədri bu sərginin toxum bazarının formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu və hər bir iştirakçının bu sərgidən öz gözlədiyi nəticəni əldə edəcəyini bildirərək yarmarkanın bütün iştirakçılarına uğurlar və məhsuldar iş arzulayıb.
Qeyd edək ki, sərgiyə 50-dən artıq özəl toxum istehsalı və satışı ilə məşğul olan şirkətin məhsulları çıxarılıb. Sərgidə əsasən dənli (arpa, buğda), həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdirilib. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumatlar verilib və informasiya materialları təqdim olunub.
Sərgi ilə tanışlıqdan sonra məhsullar və toxumla bağlı ətraflı müzakirələr aparılıb. Eləcə də iştirakçılar arasında sərginin əhəmiyyəti barədə sorğu keçirilib. Sorğu iştirakçıları sərginin təşkilini yüksək dəyərləndiriblər.
Xatırladaq ki, hazırda toxumların səpin keyfiyyəti üzrə analizləri aparmaq üçün 12 regional toxum sertifikatlaşdırma mərkəzləri (Quba, Bərdə, Göygöl, Qax, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran, Beyləqan və Sabirabad), eləcə də Respublika Toxum Sertifikatlaşdırma (Abşeron) Mərkəzi fermerlərin istifadəsinə verilib. Mərkəzlər ən müasir cihaz və avadanlıqlarla təchiz olunub.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024