Bu il Azərbaycanda 22 rayonunda ümumilikdə 132,581 hektar ərazidə pambıq əkini aparılıb.
Ən çox pambıq Saatlı rayonunda əkilib (15,815 ha). Ölkə üzrə 9 min hektardan çox pambıq əkilmiş rayonların sayı 7-dir. Saatlı rayonu ilə yanaşı İmişli (13,645 ha), Sabirabad (13,055 ha), Biləsuvar (12,022 ha), Ağcabədi (9,946 ha), Bərdə (9,630 ha) və Beyləqanda (9,560 ha) 9 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ölkə üzrə pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.
Pambıq əkilmiş 22 rayon üzrə ən az əkin Cəlilabad (507 ha) və Samux (400 ha) rayonlarında aparılıb.
Pambıq yığımına hazırlıqla əlaqədar “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərində mexanizatorlar üçün təlim kursları təşkil olunub. Kursları bitirən mexanizatorlara sertifikat verilib və onların pambıq yığımına cəlb olunmasıl nəzərdə tutulur. Pambıq yığımı ərəfəsində ölkə üzrə 353 pambıqyığan kombayn var. “Aqrolizinq” tərəfindən ölkəyə ABŞ istehsalı olan daha 50 ədəd pambıqyığan kombaynın gətirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, dövlət emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə fermerə 10 qəpik subsidiya verir. Sentyabrın 19-da Prezident İlham Əliyevin tövsiyə tapşırığı əsasında Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüşü keçirilib. Görüşdə pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılaraq 2018-ci ilin məhsulu üçün aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.
Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 milyon manatdan çox qazanc əldə etməsi gözlənilir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024