Bal yarmarkası bu il Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyi arıçıların çoxsaylı müraciətlərini nəzərə alaraq arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasının keçirilmə məkanını dəyişib. \"Arıçılıq haqqında\" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi 2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək. Sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq.
Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.
Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.
Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr Dağlıq Şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabrEyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.
Əlaqə telefonları: 1652 (Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi), (012) 498-16-38, 598-33-32.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsi bildirir ki, məkan seçimi zamanı ilk növbədə yarmarkaya arıçılıq məhsulları çıxaracaq fermerlər üçün daha yaxşı şəraitin yaradılması, ictimai nəqliyyat və parkinq problemlərinin yaşanmaması, münasib infrastrukturun olması kimi amillər nəzərə alınıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024