Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübədə istifadə edilən son nəzəri və praktiki yanaşmaların ölkədə tətbiqi məqsədilə Nazirlik tərəfindən mütəmadi tədbirlər həyata keçirilir. Növbəti tədbirlər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən əməkdaşlar arasında müvafiq sorğular və qiymətləndirmə aparılıb.
Sorğu nəticəsində əldə edilən statistik göstəricilər təhlil edilib. Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə ölkənin ayrı-ayrı rayonlarında çalışan 61 baytar həkimə ödənişsiz təkmilləşdirmə kursları keçirilib.
Təkmilləşdirmə kursları çərçivəsində 5 günlük təlim proqramı həyata keçirilib. Keçirilmiş sorğulara əsasən təlimlərdə zəruri bilik və və yanaşmalar barədə iştirakçılara məlumat verilib, mövcud təcrübələrin müasir baytarlıq tələblərinə uyğun olub-olmamasını müəyyənləşdirmək məqsədilə müqayisə aparılıb.
Kursların yekunlaşması ilə əlaqədar təşkil edilən tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov çıxış edib, müasir dövrdə aqrar sahədə innovasiya və son texnologiyaların tətbiqinin əhəmiyyətindən bəhs edib. İştirakçılar keçirilən dərslərin səmərəliliyi və praktiki dərslərin əhəmiyyətini vurğulayaraq gələcəkdə də ödənişsiz təkmilləşdirmə kurslarının davam etdirilməsi üçün fikir və təkliflərini səsləndiriblər.
Tədbirin sonunda kurslarda müvəffəqiyyətlə iştirak edən baytarlara sertifikatlar təqdim olunub.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024