Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti Bərdədə “Toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydaları” mövzusunda respublika müşavirəsi keçirib.
Müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri, respublikanın bütün regionlarından olan toxumçular və aprobatorlar iştirak ediblər.
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəis müavini Afaq Abbasova müşavirənin keçirilməsində məqsədin toxumluq taxıl sahələrində aprobasiya (toxumluq əkinlərin sort təmizliyinin, xəstəliyə yoluxmasının, ziyanvericilər tərəfindən zədələnməsinin və alaqlanma dərəcəsinin təyini) aparacaq mütəxəssislərin aprobasiyanın aparılma qaydaları barədə məlumatlandırmaq olduğunu bildirib. O, yüksək keyfiyyətli toxum istehsalında aprobasiyanın əhəmiyyətini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, aprobasiyanın düzgün aparılması keyfiyyətli toxum istehsalına zəmin yaradır.
Tədbirdə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin sektor müdiri Xəqani Məmmədov “Toxumluq taxıl əkinlərində aprobasiyanın aparılması qaydaları” mövzusunda təqdimatla çıxış edib. Aprobatlara aprobasiya zamanı istifadə edilən əsas anlayışlar, aprobasiyanın məqsəd və əhəmiyyəti, hüquqi əsasları, həyata keçirildiyi mərhələlər, aprobasiya sənədlərinin tərtib edilməsi və sair barədə ətraflı məlumatlar verilib.
Müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin söbə nüdirinin müavini sektor müdiri Murtuzəli Hacıyevin “Toxumçuluqda təhlükəsizlik tədbirlərinə əməl olunmasının vacibliyi” mövzusunda çıxışı dinlənilib, müzakirələr aparılıb. Müşavirənin sonunda aprobatorlara vəsiqələr təqdim olunub.Sonra Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında toxumluq taxıl əkinlərində aprobasiyanın aparılması əyani nümayiş etdirilib.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024