Fermerlər Fransada keçirilən sərgidən yüksək təəssüratlarla qayıdıblar
“Fransanın Klermon-Ferran şəhərində keçirilən beynəlxalq heyvandarlıq sərgisinə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə fermerlərin gəlişinin əsas məqsədi burada nümayiş olunan heyvan cinsləri ilə tanış olmaq, onlardan ölkəmizin iqliminə uyğunlaşa bilən cinsləri seçmək, yerli cinslərlə mayalandıraraq məhsuldarlığı artırmaqdır. Beynəlxalq səviyyədə heyvandarlıq sahəsində müxtəlif təcrübələrlə yerindəcə tanış olmaq üçün fermerlərimizə belə bir şərait yaratdığına görə dövlətimizə minnətdarıq”. Bu fikirləri Azərbaycanın Fransadakı səfirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə Klermon-Ferran şəhərində “Sommet de l’elevage” (“Heyvandarlıq zirvəsi”) beynəlxalq heyvandarlıq sərgisinə qatılan qubalı fermer İldırım Məmmədov söyləyib.
Fermer bildirib ki, sərgidə müxtəlif ölkələrdən gətirilmiş çoxsaylı cins heyvanlar nümayiş olunur: “Ölkəmizdə uzun müddətdir eyni cinslər olduğu üçün genləri cılızlaşıb. Bu da ət və süd tələbatının ödənilməsinə maneə törədir, heyvanların saxlanması baha başa gəlir və məhsuldarlıq istənilən nəticəni vermir. Sərgidə nümayiş olunan cinslər tez çəki artırma qabiliyyətinə malikdir. Ancaq ölkəmizdəki yerli cinslər çəki artırma baxımından uzun müddət tələb edir və bu da onların baha başa gəlməsinə səbəb olur. Burada seçdiyimiz cinslərlə yerli cinsləri mayalandıracaq və çalışacağıq ki, hər iki cinsin müsbət xüsusiyyətlərini əks etdirən yeni, daha məhsuldar cinslər əldə edək”.
“Səfərimizdə məqsəd məhsuldar heyvan cinsləri ilə tanış olmaq və ölkəmizin tələbatına uyğun damazlıq heyvanlar seçməkdir. Burada fermerlərə müxtəlif cinslərlə, onların bəslənilməsi ilə yaxından tanış olmaq imkanı yaradılıb”. Bu fikirləri isə sərgiyə qatılan lerikli fermer Pənah Hüseynov deyib.
Lerikli fermer bildirib ki, sərgidə məhsuldar cins seçərək, ölkəmizdəki yerli heyvanlarla mayalandırmaq və xəstəliklərə dözümlü yeni cins yetişdirmək niyyətindədir.
“Məhsuldarlığı artırmaq üçün yeni yanaşmalar lazımdır. Bu baxımdan Klermon-Ferranda keçirilən beynəlxalq heyvandarlıq sərgisi biz fermerlərə geniş imkanlar açır. Məhsuldarlığı az olan yerli xırdabuynuzlu heyvanları sərgidə nümayiş etdirilən məhsuldar cinslərlə mayalandıraraq ölkəmizin iqliminə, müxtəlif xəstəliklərə dözümlü yeni cins heyvanlar yetişdirməliyik”.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024