Respublikada taxıl biçini davam edir. İyunun 17-nə olan operativ məlumata görə, artıq 315799 hektar sahədə biçin başa çatıb. Sahələrdən 971747 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir.
Bugünədək 249943 ha sahədə arpa, 65856 ha sahədə buğda biçini aparılıb. Sahələrdən 768681 ton arpa, 203066 ton buğda yığılıb. Ağdam, Balakən, İmişli, Saatlı, Salyan, Sabirabad, Samux və Tərtər rayonlarında arpa üzrə orta məhsuldarlıq 39 sentnerdən yuxarıdır.
Biçin prosesində 1642 kombayn iştirak edir. Bunlardan 918 kombayn fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Biçin zonasında “Aqroservis” ASC-nin rayon bölmələrində olan 508 kombayn iştirak edir, “Aqroservis” tərəfindən aktv biçin gedən rayonlara digər bölgələrdən 216 kombayn dislokasiya edilib. İndiyədək “Aqroservis” ASC-nin kombaynları ilə 117214 ha, özəl kombaynlar ilə isə 198585 ha sahə biçilib.
Biçin davam edir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024