Biləsuvarda ev quşları arasında “Nyukasl xəstəliyi”nə qarşı \"H\" ştammı ilə profilaktiki tədbirlər davam etdirilir. Rayonun Muğan, Bəydilli, İsmətli, Əsgərabad, Amankənd , Ağayri və digər kəndlərində peyvəndləmə işi yekunlaşmaq üzrədir.
2018-ci ilin 7 ayı ərzində Biləsuvar rayonunda “Nyukasl xəstəliyi”nə qarşı 228058 baş “H” ştammı ilə, 357864 baş “La-sota” ştammı ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Cari ilin 7 ayı ərzində respublika epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində “Nyukasl xəstəliyi”nə qarşı 18179345 baş quşda “H” ştammı, 19711364 baş cücədə isə “La-sota” ştammı ilə peyvəndləmə aparılıb.
“Nyukasl xəstəliyi” quşların yüksək kontagioz (xəstəliyin kontaktda olan bir heyvandan digərinə keçməsi) virus xəstəliyi olmaqla respirator və visseral orqanların, mərkəzi sinir sisteminin zədələnməsi və yüksək tələfat verməsi ilə səciyyələnir.
Xəstəliyə qarşı peyvəndləmə intranasal (gözə və ya buruna damızdırma), yaxud aerozol üsulla aparılır. Hazırda “Nyukasl xəstəliyi”nə qarşı “B1”, “La-Sota”, “Klon 30” və “H” ştammlarından hazırlanan diri və inaktivasiya (zəiflədilmiş) olunmuş vaksinlərdən istifadə edilir. Ölkəmizdə isə quşlarda “Nyukasl xəstəliyi”nə qarşı daha səmərəli olan “H” və “”La-sota” ştammları ilə peyvəndləmə aparılır.
Dövlət Baytarlıq Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən “Nyukasl xəstəliyi”nə görə epizootik vəziyyət sabitdir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024