“Aqroservis” ASC regionlarda taxıl biçininə hazırlıqla bağlı maarifləndirmə tədbirlərinə start verib. Görüşlərə Ağcabədi, Tərtər, Bərdə, Ağdam, Zərdab, Yevlax, Füzuli rayonlarından başlanıb. Görüşlərin məqsədi fermerlərin biçinə hazırlığını təmin etməkdir.
İlk növbədə ötən il biçinlə bağlı daha çox müraciətin daxil olduğu kənd və qəsəbələrdə yaşayan fermerlərlə görüşlər keçirilib. Biçin zamanı yanğın təhlükəsizlik qaydalarına və növbəlilik sisteminə riayət edilməsi ilə bağlı kənd və qəsəbələrdə vətəndaşlarla görüş keçirilir və onlara zəruri məlumatlar verilir.
May ayının sonundan ölkə üzrə taxıl biçininə başlanılacaq. Biçinin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün “Aqroservis” mexanizatorlar üçün təlimlər təşkil edib, kombaynlarda sazlama işlərini tamamlayıb və GPS nəzarət sistemi quraşdırıb.
Biçin prosesində növbəlilik sistemi icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən təmin olunacaq. Biçinə və növbəlilik sisteminə nəzarəti Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) həyata keçirəcək.
Qeyd edək ki, ölkə üzrə biçinə ümumilikdə 2000-dək taxılbiçən kombayn cəlb olunacaq. 700-dək kombayn “Aqroservis” ASC-nin, 1284 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin texnikalardır.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024