Kənd təsərrüfatı sahəsində savadlılığın artırılması, bu sahədə çalışan şəxslərin müasir trendlərə uyğunlaşmasının təmin edilməsi məqsədilə nazirliyin mütəxəssisləri və xarici ekspertlərin təqdimatında aqrar sahə ilə bağlı müxtəlif mövzularda təlimlər keçirilib. Pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin qaydaları nəzərə alınmaqla 2020-ci ildən başlayaraq nazirlikdə onlayn təlimlərə başlanılıb. 2021-ci ilin yanvar-iyun ayları ərzində informasiya texnologiyaları, heyvandarlıq, bitkiçilik, baytarlıq, əkinçilik, tərəvəzçilik, idarəetmə və kargüzarlıqla bağlı təşkil olunan 98 təlimdə 2931 benefisiar iştirak edib.
Eyni zamanda, əməkdaşların rəqabətqabiliyyətli inkişafını təmin etmək, idarəetmə və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmək və yeni əməkdaşların adaptasiya prosesini sürətləndirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyində əməkdaşların təhsil və ixtisaslaşması istiqamətində xarici təşkilatlarla birlikdə addımlar atılıb. Nazirliyin xarici təşklatlarla əməkdaşlığı çərçivəsində əməkdaşlar xaricdə təhsil üzrə təqaüd proqramlarına müraciət edib və seçimlərdə qalib olanlar müxtəlif istiqamətlərdə yeni ixtisaslara yiyələnməyə başlayıblar.
Nazirliyin Təlim və inkişaf sektoru tərəfindən müasir insan resursları alətləri mütəmadi araşdırılaraq ən son nəzəriyyələrə əsaslanan fəaliyyətlər həyata keçirilib. Bundan başqa, daxili qurumlar və əməkdaşlar arasında sorğular keçirilib, yeni ehtiyacların müəyyənləşdirilməsi istiqamətində datalar toplanılıb.
O cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı (FAO), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətin (GİZ), İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyi (MAŞAV) təşkilatları ilə əməkdaşlığı çərçivəsində işçi heyəti dünyada baş verən yeniliklərin, müasir yanaşma və həllərin öyrənilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlərə cəlb olunublar.
Eyni zamanda, Təlim və inkişaf sektoru tərəfindən əməkdaşların İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC), Avropa İttifaqı, İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı (ÜTT), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi SS Komissiyası (UNECE) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) kimi xarici və yerli təşkilatların qısamüddətli öyrənmə proqramlarında iştirakı üçün müvafiq işlər görülür.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024