Kənd Təsərrüfatı Nazirliyində Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
İclasda 11 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 1249 arıçıya saxladıqları 31565 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 315650 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.
Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) \"Subsidiyalar\" bölməsində yerləşdiriləcək.
Qeyd edək ki, iclasda aşağıdakı rayonlar üzrə arıçılara subsidiyalar verilməsi barədə qərar qəbul olunub:
1) Ağstafa - 80 nəfər - 2045 arı ailəsi - 20450 manat
2) Balakən - 301 nəfər - 11000 arı ailəsi - 110000 manat
3) Cəbrayıl - 26 nəfər - 160 arı ailəsi - 1600 manat
4) Cəlilabad - 96 nəfər - 2000 arı ailəsi - 20000 manat
5) Gədəbəy - 80 nəfər -1068 arı ailəsi -10680 manat
6) Göyçay - 39 nəfər - 1500 arı ailəsi - 15000 manat
7) İsmayıllı - 413 nəfər - 8535 arı ailəsi - 85350 manat
8) Lerik - 127 nəfər - 2907 arı ailəsi - 29070 manat
9) Oğuz - 47 nəfər - 1750 arı ailəsi - 17500 manat
10) Ucar - 22 nəfər - 300 arı ailəsi - 3000 manat
11) Xocavənd - 18 nəfər - 300 arı ailəsi - 3000 manat
------------------------------------------
Cəmi: 1249 nəfər / 31565 pətək / 315 650 manat subsidiya
Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.
Qeyd edək ki, iclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edir. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024