Oktyabrın 3-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kənddə yaradılmış istixana təsərrüfatlarının sahibləri ilə növbəti görüş keçirilib. Görüşdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TİKA, ATİB və Türkiyənin Ziraat bankının nümayəndələri ilə yanaşı, Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova da iştirak edib.
Görüş istixanalarda və arıçılıq təsərrüfatlarında əldə edilmiş məhsulların sərgisi ilə başlayıb. Qonaqlar fermer təsərrüfatlarının sahibləri ilə söhbət edib, problemləri ilə maraqlanıb. Fermerlər onlar üçün yaradılmış şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbir çərçivəsində Cocuq Mərcanlıda fəaliyyət göstərən istixana və arıçılıq təsərrüfatlarında istehsal edilmiş məhsulların satın alınması da həyata keçirilib. Bu təsərrüfatlardan əldə olunacaq məhsulların satışına dəstək göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC ilə Cocuq Mərcanlı fermerləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb. Memorandumun şərtlərinə görə fermerlərin gələcəkdə yetişdirəcəyi bütün məhsulların satışı Dövlət Aqrar Ticarət Şirkətinin vasitəsilə həyata keçiriləcək.
Leyla Məmmədova gələcəkdə fermerlərin təsərrüfatlarının daha da genişləndirilməsi üçün mümkün dəstəyin göstəriləcəyini bildirib.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024