• Ana səhifə
  • Xəbərlər
  • DÖVLƏT AQRAR TİCARƏT ŞİRKƏTİNİN “KƏNDDƏN ŞƏHƏRƏ” MAĞAZASI İSTİFADƏYƏ VERİLİB
DÖVLƏT AQRAR TİCARƏT ŞİRKƏTİNİN “KƏNDDƏN ŞƏHƏRƏ” MAĞAZASI İSTİFADƏYƏ VERİLİB

“Kənddən Şəhərə” Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir.

Layihənin tərkib hissəsi olaraq bu gün Nizami küçəsi 154B ünvanında “Kənddən Şəhərə” mağazası istifadəyə verilib. Açılış mərasiminə qatılan qonaqlar, fermer assosiasiyalarının nümayəndələri və yerli qida istehsalçıları bu mağazanın kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların, eləcə də yerli istehsal qida məhsullarının satışı istiqamətində yeni, müasir satış mərkəzi olacağına inandıqlarını bildiriblər.

Mağazada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər. Mağazada həm xammal, həm də emal olunmuş formada yalnız yerli qida məhsullarının satışı həyata keçirilir. 

Məlumat üçün bildirək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası da təşkil edilib. Bundan başqa fermerlərin yetişdirdiyi məhsulların “Kənddən Şəhərə” adı altında qablaşdırılaraq satışı da həyata keçirilir. Bu məhsulları vətəndaşlarımız həm “Kənddən Şəhərə” mağazasında, həm də müxtəlif market şəbəkələrində əldə edə biləcəklər.

 







  • A
  • A
  • A