Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində lazımı tədbirlər davam etdirilir. Bu məqsədlə baytarlıq xidmətinin əməkdaşları 2018-ci ilin “Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun olaraq müxtəlif xəstəliklərə qarşı diaqnostik müayinələr, profilaktik peyvəndləmələr, dezinfeksiya, dezinseksiya, deratizasiya, çimizdirmə, dehelmentizasiya və digər tədbirləri aparır.
Baytarlıq-sanitariya, müalicə və profilaktika tədbirləri həyata keçirilərkən hər şeydən əvvəl heyvanların və quşların xəstəliklərdən qorunması, xəstə heyvanların vaxtında müalicə edilməsinə daim diqqət yetirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Quba Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar mal-qara, davar və quşlar yetişdirilən və saxlanılan binaların dezinfeksiyası, dezinseksiyası aparılır. Qışlamaya hazırlıq ilə əlaqədar olaraq Hacıhüseyinli kəndində “Quba KTMİ MMC-nin” maldarlıq təsərrüfatında 1750 kvadratmetr, Susayqışlaq kəndində Dadaşov Nazirə məxsus maldarlıq təsərrüfatında 750 kvadratmetr, Qaraçay kəndində Yarməmmədov Vəlməmmədə məxsus fərdi maldarlıq təsərrüfatında 810 kvadratmetr ərazidə dezinfeksiya və dezinseksiya işləri icra edilib.
Heyvanlar saxlanılan binalarda aparılan tədbirlər zamanı almerdehyde, ektosan, kreolin, formalin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib.
Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində Quba rayonunda 22750 kvadratmetr ərazidə dezinfeksiya, 2275 kvadratmetr ərazidə dezinseksiya tədbirləri aparılıb.
Rayonda epizootik sabitliyi qorumaq məqsədi ilə “Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.
Quba Rayon Baytarlıq İdarəsi bu dövr ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 15506 baş iribuynuzlu və 4986 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) burselyoz xəstəliyinə görə qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 8727 baş iribuynuzlu heyvanlarda vərəmə (allergik), 4986 baş qoçlarda infeksion epidedimitə (seroloji) və 1949 baş atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələri aparılıb və yoluxma aşkar edilməyib.
Həmçinin cari ilin ötən dövrü ərzində 61154 baş iribuynuzlu, 262756 baş xırdabuynuzlu, 1020 baş cavan iribuynuzlu, 3996 baş təkdırnaqlı heyvanda qarayara, 98971 baş iribuynuzlu heyvanda, 151741 baş xırdabuynuzlu heyvanda dabaq, 63473 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 3095 baş iribuynuzlu heyvanda leptospiroz, 261635 baş xırdabuynuzlu heyvanda çiçək, 40367 baş xırdabuynuzlu heyvanda (“Rev-1”vaksini), 9596 baş iribuynuzlu heyvanda (“Stamm-19” vaksini) bruselyoz, 5847 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 269536 başda “La-sota” vaksini, 222181 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Quba Rayon Baytarlıq İdarəsi rayon ərazisində profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri həyata keçirir.
Hazırda Quba Rayon Baytarlıq İdarəsində 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib. Nazirliyin təchizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilərək “soyuq zəncir” rejiminə riayət edilir. Eləcə də idarə lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hər il olduğu kimi, növbəti ildə də dövlət vəsaiti hesabına alınan, rayon baytarlıq idarələrinə vaxtında çatdırılaraq soyuducu kameralara yığılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən \"Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı\"na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq ediləcək.
Baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və yerlərə çatdırılması barədə müvafiq tapşırıqlar verilib. Baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinin bölgüsünə, onların yerlərdə tətbiqinə rayon baytarlıq idarələri tərəfindən ciddi diqqət yetirilməsi, baytarlıq preparatlarının işlədilməsi zamanı epizootik və ambulatoriya kitablarında qeydiyyatın aparılması dair göstərişlər verilib.
Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024