Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat və məlumatların bəyan edilməsi, yeni subsidiya qaydalarının tətbiqi ilə bağlı regional “ASAN xidmət” mərkəzlərində yaradılmış xidmət pəncərələri fəaliyyətə başlayıb.
Kənd təsərrüfatı məhsullarının istehsalçıları əkinlərin bəyan edilməsi üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri, bölgələrə ezam olunmuş səyyar qruplarla yanaşı, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərinə müraciət edə və xidmətlərindən yararlana bilərlər.
Eyni zamanda, gələcəkdə regionlarda açılacaq “ASAN xidmət” mərkəzlərində EKTİS-də qeydiyyat və məlumatların bəyan edilməsi, yeni subsidiya qaydalarının tətbiqi ilə bağlı xidmət pəncərələrinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin bəyan edilməsi prosesi davam edir. Əkinlərin bəyan edilməsi prosesi başlayandan indiyədək 37324 fermer EKTİS-də şəxsi kabinetinə daxil olaraq əkdikləri məhsul barədə məlumatları sistemə yerləşdiriblər. Bugünədək fermerlər tərəfindən 71148 əkin sahəsində əkilmiş məhsul barədə məlumat sistemdə bəyan edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən veriləcək. EKTİS-də qeydiyyatdan keçmək və əkin məlumatlarını daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024