Kənd Təsərrüfatı Nazirliyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarının ilk mərhələsini başa çatdırıb. Nazirliyin EKTİS-in tətbiqinə məsul qurumlarının nümayəndələrindən ibarət mobil heyət üç həftə ərzində respublikanın 50-dən artıq rayonunda görüşlər keçiriblər. Noyabrın 29-dan start verilən görüşlərə Qusar rayonunda yekun vurulub.
Qusar rayon icra hakimiyyətində fermerlər, icra nümayəndələri və bələdiyyə sədrləri ilə keçirilən görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, EKTİS-in tətbiqi qrafik üzrə davam edir: "Bugünədək 50-dən çox rayonda EKTİS-in tətbiqinə dair izahat, məlumatlandırma işləri aparmış, yeni subsidiya mexanizmini, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat qaydalarını, payızlıq əkinlərin bəyan edilməsi prosedurunu izah edən bukletlər, çap materialları paylamışıq. İlk mərhələnin nəticələrini uğurlu saymaq olar. Bu gün payızlıq əkinləri bəyan edən fermerlərin sayı 280 min nəfərə çatıb, EKTİS-də qeydiyyatdan keçərək özünə şəxsi kabinet yaradan fermerlərin sayı isə 435 min nəfəri keçib. Gələn ildən kənd təsərrüfatı təyinatlı sibsidiyaların elektron hökumət üzərindən veriləcəyini nəzərə alsaq, qeydiyyat və bəyan göstəricilərini qənaətbəxş saymaq olar".
Görüş iştirakçılarına EKTİS-də qeydiyyat proseduru, məlumatların daxil edilmə ardıcıllığı, payızlıq əkinlərin bəyan edilməsinin vacibliyi, yeni subsidiya mexanizminin fermerlər üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib.
Kənd Təsərrüfatı Nazirliyi EKTİS-in tətbiqi ilə bağlı bölgələrdə məlumatlandırma işlərini davam etdirəcək.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024