Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə regionlarda əlverişsiz iqlim amillərinin təsirlərinin aradan qaldırılması ilə bağlı fermerlərin maarifləndirilməsi davam etdirilir. Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun təşkilatçılığı ilə Ağcabədi rayonunda “Taxıl əkinlərində zərərvericilərə və siçanabənzər gəmiricilərə qarşı innovativ mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda elmi-praktik seminar keçirilib. Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin və Ağcabədi rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin dəstəyi ilə birgə təşkil olunmuş seminar nəzəri və praktiki hissədən ibarət olub.
Tarla şəraitində keçirilmiş sahə nümayişində zərərvericilərin növ tərkibinin sıxlığının müşahidəsi həyata keçirilib. Fermerlərin, aqrar sahə mütəxəssislərinin iştirakı ilə keçirilmiş müşahidə zamanı əkin sahəsində bitkinin yerüstü və yeraltı orqanlarına baxılıb. Bildirilib ki, laboratoriyada yığılmış nümunələrin növ tərkibi dəqəqləşdirilərək istehsalçılara məlumatlar veriləcək. Sahə nümayişində alimlər tərəfindən bitkilərin yerüstü orqanlarının zədələnmə faizi, intensivliyi aşkar edilərək əyani misallar üzərində göstərilib. Eyni zamanda, zərərli orqanizmlərin populyasiyasının sıxlığı müəyyən edilərək mübarizə tədbirləri nümayiş etdirilib.
Sahə nümayişi çərçivəsində fermerlərə taxıl əkinlərində innovativ texnologiyaların tətbiqi ilə bağlı dərin şumun üstünlükləri, qış və yaz aratı üçün şırımaçan aqreqatın iş prinsipləri, tirəyə səpin texnologiyası haqqında da ətraflı məlumat verilib.
İştirakçılara taxıl bitkisinin xəstəlik və zərərvericilərinə aid iki müxtəlif adda 40 ədəd tövsiyə, altı adda 200 ədəd buklet paylanıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024