• Ana səhifə
  • Xəbərlər
  • FERMER ROMAN ƏHMƏDOV: “XARİCİ QONAQLARIMIZ QUBA GAVALISINA ÇOX BÖYÜK MARAQ GÖSTƏRİRLƏR”
FERMER ROMAN ƏHMƏDOV: “XARİCİ QONAQLARIMIZ QUBA GAVALISINA ÇOX BÖYÜK MARAQ GÖSTƏRİRLƏR”

“Gavalı özünə qulluq tələb edən meyvədir. Meyvənin gübrəsi, dərmanlanması və ziyanvericilərə qarşı mübarizə tədbirləri vaxtı-vaxtında aparılmalıdır, ən əsası ağacların budanmasına xüsusi diqqət yetirilməlidir”. Bu fikirlər Quba rayonunun Dəlləkli kəndində yerləşən fermer təsərrüfatının rəhbəri Roman Əhmədova məxsusdur.

O təsərrüfatda damcı sulama sisteminin tətbiq olunduğunu deyir: “Təsərrüfatımızda suvarma sistemi damcı üsulu ilə aparılır, çünki bu üsul ağacların su ilə təmin olunması üçün ən effektli vasitədir. Biz ağacların gübrəsini də damcı üsulu ilə veririk. Belə ki, suya gübrə qatılir və ağaclara su və gübrə verilməsi eyni vaxtda aparılır. Bu üsul məhsuldarlığın artmasına güclü təsir göstərir”.

Roman Əhmədov deyir ki, təsərrüfatda müxtəlif gavalı sortları yetişdirilir: “Gavalı sortlarımızdan “Kiyev”, “Angelina” , “Prezident” və  digər sortların adlarını çəkmək istərdim. Yəni çeşidlərimiz çoxdur. Hər bir sort arasında yetişmə intervalı var. Yığım zamanı bu üsul işimizi tənzimləməyə də kömək edir. Xarici qonaqlarımız Quba gavalısına xüsusi maraq göstərir. Biz gavalı məhsullarımızı xarici bazarlara da çıxara bilirik”.

Fermer gavalının insan orqanizmi üçün çox faydalı olduğunu bildirir: “Ümumiyyətlə, gavalı meyvəsi mədə-bağırsaq sisteminə və  həzmə müsbət təsır göstərir. Bu meyvənın müsbət keyfiyyətləri insan sağlamlığı üçün çox faydalıdır”.







  • A
  • A
  • A