Fermerlər heyvandarlıq sahəsində də subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi- Subsidiya İnformasiya Sistemi (EKTİS-SİS) vasitəsilə alacaqlar. Artıq bu ilin yanvarın 1-dən etibarən yerli heyvanların süni mayalandırılması nəticəsində doğulan hər bir sağlam buzova görə fermerlər subsidiya almaq üçün müvafiq məlumatları sistemə daxil etməli və subsidiya üçün müraciət etməlidirlər. Bunun üçün fermerlərə sistemdə onlara ən yaxın məsafədə fəaliyyət göstərən Süni Mayalanma Mütəxəssisi (SMM) barədə məlumatlar təqdim olunur. Fermer süni mayalanmasını istədiyi heyvanını və eyni zamanda süni mayalanma nəticəsində doğulan buzovu sistemdə qeydiyyatdan keçirir. Fermer heyvanı süni mayalandırmaq məqsədilə süni mayalandırma mütəxəssisi ilə əlaqə saxlayır, heyvanı barədə məlumatı verir, şərtlərdə şifahi razılaşma olduqda ünvanını bildirərək mayalanma üçün gəliş vaxtı dəqiqləşdirilir. Süni mayalandırma aparıldıqdan və buzov dünyaya gəldikdən sonra onun sağlamlığı barədə məlumatlar Aqrar Xidmətlər Agentliyinin baytar mütəxəssisləri tərəfindən sistemdə təsdiq edildikdən və müfaviq monitorinqlər həyata keçirildikdən sonra subsidiya məbləği Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən fermerin hesabına köçürüləcək. Bu subsidiya növü üzrə xidmətin inzibati reqlamenti https://www.dxr.az/xidmet/01DB9685-C78F-489D-BBB9-CB0385324D1C/23A0CB12-5A60-C311-BF0D-6C3BE51E53F1 ünvanında vətəndaşların diqqətinə təqdim edilib.
Qeyd edək ki, süni mayalanma mütəxəssisi olmaq, heyvanların keyfiyyətli toxumlarla süni mayalanmasını həyata keçirmək istəyən şəxslər dəstək üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər.
Növbəti aylarda bitkiçilik sahəsində toxumçu fermerlərə verilən toxum subsidiyası və heyvandarlıq sahəsində verilən digər subsidiya növləri (arı, barama) üzrə sahəvi fermerlər ilə aparılan iş və elektron xidmətin fəaliyyətə başlaması ilə bağlı ictimaiyyətə məlumat təqdim ediləcək.
Xatırladaq ki, heyvan subsidiyası yerli heyvanların süni mayalanma nəticəsində doğulan hər bir sağlam buzova görə 100 manat müəyyənləşdirilib. Arı subsidiyası arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 manat məbləğində müəyyən edilir və 2023-cü ilədək verilir. Bundan başqa, barama istehsalçısı olan fermerlərə istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində barama subsidiyası verilir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024