“Agropolis” mobil tətbiqi fermerlərin aqrokonsaltinq xidmətlərindən istifadəsini asanlaşdıracaq
Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ETİ) “Agropolis” layihəsinin təşkilatçıları ilə görüş keçirilib. Layihənin rəhbəri Anar Nəzərov bildirib ki, görüşün məqsədi aqrar konsaltinq xidmətlərinin göstərilməsi sahəsində yeni bir dəyər yaratmaq üçün Əkinçilik ETİ ilə əlaqələrin yaradılmasıdır.
“Agropolis” konsaltinq xidmətlərinin göstərilməsini təşkil edən mobil tətbiqdir. Tətbiq fermerlərə aqrokonsaltinq xidmətləri haqqında ətraflı məlumat, eyni zamanda bu xidmətləri rahat və sürətli şəkildə əldə etməyə şərait yaradır. İstənilən aqrokonsaltinq şirkəti, aqrar sahə istiqamətli elmi-tədqiqat institutları və fərdi şəkildə fəaliyyət göstərən aqrar mütəxəssislər bu tətbiq vasitəsilə öz xidmətlərini fermerlərə təklif edə bilərlər. Diqqətə catdırılıb ki, hazırda tətbiqin test versiyası fəaliyyət göstərir. Burada fermerlər aqrar mütəxəssislər və onların təklif etdiyi xidmətlərlə onlayn şəkildə tanış ola və lazım gəldikdə həmin xidmətlərdən yararlana bilərlər. Tətbiqin test versiyasının fəaliyyəti aqrokonsaltinq xidmətləri bazarı haqqında aydın təsəvvür formalaşmasına, tələb və təklif haqqında əhəmiyyətli məlumatların əldə edilməsinə imkan verir.
“Hazırda “Agropolis” komandası olaraq üzərində işlədiyimiz və tezliklə istifadəyə verəcəyimiz yeni versiyada aqrokonsaltinq xidmətlərini onlayn sifariş etmək funksiyasını fermerlərin ixtiyarına verəcəyik. Tətbiqin həm aqrar mütəxəssislər, həm fermerlər arasında eyni vaxtda tanıtımı və istifadəyə təşviqi həyata keçirilir. Beləliklə, aqrar mütəxəssislər və digər aqrokonsaltinq müəssisələri getdikcə daha çox fermerə öz xidmətlərini təklif etmək imkanı qazanacaqlar. Eyni zamanda, fermerlər də bu tətbiqdə daha çox xidmətlərlə tanış olmaq və özləri üçün ən uyğun xidmətləri müəyyən edib dərhal əldə etmək imkanı qazanırlar. Mobil tətbiqin komandası olaraq Əkinçilik Elmi-Tədqiqat İnstitutunun fermerlərə müxtəlif növ aqrokonsaltinq və digər aqrar xidmətlər təklif etdiyini nəzərə alıb bu institutun öz xidmətlərini fermerlərə təklif etməsinə şərait yaratmaqda və institutla iş birliyi qurmaqda maraqlıyıq”, - deyə layihənin rəhbəri Anar Nəzərov bildirib.
Görüşdə institutun direktoru Faiq Xudayev tədqiqat prioritetləri, fəaliyyət istiqamətləri, institutunun rayonlaşmış sortları haqqında ətraflı məlumat verib. Hər iki tərəf layihə çərçivəsində müxtəlif təkliflərlə də cıxış ediblər.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024