Dövlət Toxum Fondu tərəfindən Rusiya Federasiyasından “Pesçanıy 1251” sortlu, birinci reproduksiyalı xaşa toxumu idxal olunub. Bu bitki sortunun toxumları ölkənin iqlim şəraitinə daha çox uyğun olmaqla yanaşı, quraqlığa davamlı və yüksək məhsul vermək xüsusiyyətinə malikdirlər. İdxal edilmiş toxumlar Şəki şəhərində yerləşən anbardan fermerlərə təklif olunur.
Fond tərəfindən təklif olunan bu toxumlar artıq Sabirabad, İsmayıllı, Quba və Saatlı rayonlarında fəaliyyət göstərən arıçılar və fermerlər tərəfindən əldə olunub. Satışı həyata keçirilən toxumların müşayətedici sənədləri və toxumluq olması barədə sertifikatları da var. Bu da onların əkin keyfiyyətinin yüksək olması ilə yanaşı, gələcəkdə toxumçular tərəfindən istehsal olunan məhsulun toxum kimi istifadəsinə imkan yaradır.
Xaşa bitkisi ölkənin suvarılan aran və dağətəyi rayоnlarında dəmyə şəraitində əkilən çoxillik bitkidir. Bu bitkinin tərkibinin protein, zülal və mineral maddələrlə zəngin olması, heyvandarlıqda onun yem kimi istifadəsini çox əlverişli edir. Xaşa bitkisi, həmçinin torpaq münbitliyinə istisna təsir göstərdiyi üçün dənli və başqa kənd təsərrüfatı bitkilərinin əkinində ən yaxşı sələf funksiyasını yerinə yetirir. Bununla yanaşı, bu bitki nektar ifraz etməklə baltutan nektar mənbəyi sayılır və arıçılar tərəfindən geniş istifadə olunur.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024