Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin bəyan edilməsi prosesi davam edir. Əkinlərin bəyan edilməsi prosesi başladıqdan indiyədək 26197 fermer EKTİS-də şəxsi kabinetinə daxil olaraq əkdikləri məhsul barədə məlumatları sistemə yerləşdiriblər. İndiyədək fermerlər tərəfindən 49937 əkin sahəsində əkilmiş məhsul barədə məlumat sistemdə bəyan edilib.
Kənd təsərrüfatı məhsullarının istehsalçıları əkinlərin bəyan edilməsi üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə, yaxud bölgələrə ezam olunmuş səyyar qrupların xidmətlərindən yararlana bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən veriləcək. EKTİS-də qeydiyyatdan keçmək və əkin məlumatlarını daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.
Bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər və mübarizə tədbirləri davam etdirilir
31 May 2024
İyunun 1-dən “tedaruk.az” portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsinə başlanır
31 May 2024
Nazir Məcnun Məmmədov Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb
31 May 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Şabranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
31 May 2024
Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Oğuzda vətəndaşları qəbul edəcək
31 May 2024