Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Səhiyyə Nazirliyini V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun birgə təşkil etdiyi “Hüceyrə kulturası və krioprezervasiyası” mövzusunda master klass (ustad dərsi) proqramına start verilib. Proqramda nəzəri və praktik biliklər nümayiş etdirilir. Nəzəri hissə professor Adil Allahverdiyev tərəfindən, praktiki hissə isə dosent M.Bağırova, dosent Ş.Şıxəliyeva, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun virusologiya şöbəsinin müdiri dosent Kubra Yusifova və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə elmi təcrübə məqsədilə Türkiyədən Azərbaycana dəvət olunmuş Yıldız Teknik Universitetinin Hüceyrə kulturası və toxuma mühəndisliyi laboratoriyasının elmi əməkdaşı Səhər Dinpərvər tərəfindən həyata keçirilir.
Proqramın həyata keçirilməsində əsas məqsəd yaxın gələcəkdə “Covid-19” başda olmaqla infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostika, kimya terapiyası və xüsusilə vaksin yaradılması kimi sahələrdə tədqiqatlar aparmaqdır. Bu məqsədə nail olmaq üçün tədqiqatların əsasını təşkil edən hüceyrə kulturası modellərinin yaradılması və bu sahədə mütəxəssislərin hazırlanması nəzərdə tutulur.
Doktor Səhər Dinpərvər tərəfindən “Covid-19”un diaqnostikasında, vaksinlərin hazırlanması və effektivliyinin yoxlanılmasında son dərəcə əhəmiyyətli olan, “Covid” viruslarının çoxalmasını təmin edən VERO və digər hüceyrə xətləri, leyşmanioza qarşı yeni dərman preparatları və vaksin hazırlanması üçün leyşmania parazitlərinin kulturası Baytarlıq Elmi-Tədqiqat İnstitutunun laboratoriyasına gətirilib. Hazırda laboratoriyada hüceyrə kulturaları üzərində işlər başladılıb. Hüceyrə kulturaları çoxaldırılaraq maye azotda (-180° C ) DEPO yaradılır.
Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıqda əsas məqsəd hər iki elm ocağının intellektual, texniki resurslarını bir araya gətirməklə zoonoz infeksiyalara qarşı birlikdə mübarizə aparmaq və bu xəstəliklərə qarşı mübarizədə yeni strateji yol xəritəsinin işlənməsinə nail olmaqdır.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024