Məlumdur ki, nitrat, nitrit və nitrozamin ətraf mühiti zəhərləyən amillərdir. Nitrat bağırsaq mikroorqanizmlərinin fəaliyyətində kəskin zəhər olan nitritə çevrilir. Alınan bu maddə orqanizmdə maddələr mübadiləsində iştirak edərək insan və heyvanlar üçün ciddi təhlükə yaradır. Nitrat suda, torpaqda və nəhayət, bitkinin bütün orqanlarında həddən artıq toplanır. Bu isə azot gübrəsinin torpağa tələb olduğundan artıq verilməsi ilə bağlıdır. Elə təsəvvür yaranmasın ki, nitrat tamamilə gərəksizdir. Unutmaq olmaz ki, onun təbii mühitdə varlığı (su, torpaq, bitki) insan və heyvan orqanizmində zəruridir.
Nitrat azotunun kənd təsərrüfatı məhsullarında necə və hansı miqdarda toplanması hamını düşündürür. Bu haqda müəyyən məlumatı olan şəxslər tərəvəz, göy-göyərti və meyvə aldıqda fikirləşirlər ki, görəsən, aldığı məhsul nə qədər təmiz və keyfiyyətlidir?
Nitratlar əsasən bitkinin kökündə, gövdəsində, saplağında və yarpaq damarlarında toplanır. Çünki qida maddələri bu orqanlar vasitəsilə torpaqdan nəql olunur. Çuğundurda, turpda və yerkökünün özək hissəsində nitratlar daha çox toplanır və onların miqdarı tərəvəzin kütləsi ilə sıx bağlıdır. 100 qrama qədər olan kökümeyvəlilərdə nitrat az olur, bazardan alarkən onların irisini almağa çalışmayın.
Məhsul yığılma vaxtının da nitratın toplanma miqdarına təsiri vardır. Göy-göyərtini səhər yığarkən məhsulda daha çox, günorta orta, axşamüstü isə nitrat azotu 30-40 faiz az olur. Bu cəhətə də diqqət yetirmək lazımdır. Nə qədər ki tərəvəz körpədir, orada nitrat azotu çox olur. Xiyarda isə əksinə, körpə xiyarda nitrat azotu az, yetkinində isə daha çox olur. Tərəvəzin səpin vaxtı da nitratın az və ya çox miqdarda toplanmasına səbəb olur.
Müəyyən çətinliklər olsa da, bu məsələdə dövlət nəzarəti mövcuddur. Bazarlarda ixtisaslı həkim, mütəxəssislər fəaliyyət göstərirlər. Onlar lazımi cihazlarla təmin ediliblər. Bu işdə müəyyən səliqə-səhman yaratmaq üçün vaxtaşırı məhsul nümunələrində nitratın miqdarı haqqında mətbuatda məlumat verilməsi məqsədəuyğundur.
Gəncə şəhərində bazarlardan ayrı-ayrı satıcılardan meyvə, tərəvəz, göy-göyərti və başqa kənd təsərrüfatı məhsullarından nümunələr götürüb BMTB ETİ-nin Pestisidlərin sınağı və herbalogiya laboratoriyasında ionomer və nitrotest cihazlarında nitratın miqdarını təyin etmişik. Gəldiyimiz nəticəyə görə, tərəvəz, meyvə, göy-göyərti və başqa kənd təsərrüfatı məhsullarında nitratın səviyyəsi respublika üzrə qəbul olunmuş normadan aşağı olmuşdur. Yəni, onların qida kimi qəbulu zərərsizdir. Bundan başqa, tərəvəz bitkilərindən xiyar və pomidorda, eləcə də bostan bitkilərindən qarpızda, yemişdə və çiyələkdə nitrat artıqlığı müəyyən edilmişdir. Belə məhsullar yemək üçün tamamilə yararsızdır və onları məhv etmək lazımdır.
Kənd təsərrüfatı məhsullarında nitrat azotunun icazə verilən norması aşağıdakı cədvəldə göstərilmişdir.
Nitrat azotunun icazə verilən norması
s/s |
Nümunələr |
İcazə verilən norma, mq/kq |
s/s |
Nümunələr |
İcazə verilən norma, mq/kq |
1 |
Üzüm |
60 |
19 |
Nanə |
200 |
2 |
Xurma |
60 |
20 |
Şirin bibər |
250 |
3 |
Ərik |
60 |
21 |
Nar |
250 |
4 |
Qarpız |
60 |
22 |
Kartof |
250 |
5 |
Alma |
60 |
23 |
Yerkökü |
500 |
6 |
Şaftalı |
60 |
24 |
Kələm |
600 |
7 |
Armud |
80 |
25 |
Göy soğan |
600 |
8 |
Sarımsaq |
80 |
26 |
Ağ reyhan |
600 |
9 |
Lobya |
80 |
27 |
Cəfəri |
1400 |
10 |
Soğan |
150 |
28 |
Çuğundur |
2000 |
11 |
Yemiş |
90 |
29 |
Qara reyhan |
2000 |
12 |
Xiyar |
150 |
30 |
Keşniş |
2000 |
13 |
Pomidor |
160 |
31 |
Tərxun |
2000 |
14 |
Yapon gavalısı |
200 |
32 |
Kəvər |
2000 |
15 |
Acı bibər |
200 |
33 |
Acı tərə |
2000 |
16 |
Turp |
200 |
34 |
Mərzə |
2000 |
17 |
Badımcan |
200 |
35 |
İspanaq |
2000 |
18 |
Şüyüd |
200 |
36 |
Acı bibər |
250 |
Bazarda satılan kənd təsərrüfatı məhsullarında nitratın normadan artıq olması üzərində nəzarətin gücləndirilməsi olduqca vacibdir. Bu məqsədlə vaxtaşırı meyvə, tərəvəz, göy-göyərti və başqa kənd təsərrüfatı məhsullarından nümunələr götürülüb analizlər aparılmalı və şəhər əhalisinə ətraflı məlumat verilməlidir. Unutmaq olmaz ki, bazarda satılan kənd təsərrüfatı məhsullarından şəhərin bütün sakinləri istifadə edir, hətta kiçik yaşlı uşaqlar bəzən yuyulmamış yeyirlər. Bu da, söz yox ki, uşaqların da, böyüklərin də sağlamlığına mənfi təsir edə bilər. Bu işə məsuliyyətli nəzarət vacib məsələlərdən biridir.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu
Pestisidlərin sınağı və herbalogiya laboratoriyasının böyük elmi işçisi Məmmədova S.Ə
Pestisidlərin sınağı və herbalogiya laboratoriyasının elmi işçisi Verdiyeva Z.A.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024