Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin hazırladığı tədbirlər planına uyğun olaraq Azərbaycanın bölgələrində fermerlər üçün kənd təsərrüfatı fəaliyyətinin müxtəlif sahələrinə dair növbəti təlimlərə başlanılıb.
Aprelin 3-dən başlayan təlimlər bu ayın sonunadək davam edəcək. Təlimlər Baş Dövlət Texniki Nəzarət Xidməti, Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqrolizinq” ASC, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Xidməti tərəfindən təşkil olunacaq. Nazirliyin Elmi-Tədqiqat İnstitutlarının, Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin və Dövlət Xidmətlərinin alim və mütəxəssisləri təlimçi qismində çıxış edəcəklər.
Təlimlər respublikanın kənd təsərrüfatı üzrə ixtisaslaşmış ayrı-ayrı rayonlarını əhatə edəcək. Tədbirlər planına uyğun olaraq fermerlərə kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən mövsümi işlərlə bağlı təqdimatlar keçiriləcək, informasiya-məsləhət xidməti göstəriləcək. Təlimlərdə iştirak üçün heç bir ödəniş tələb olunmur.
Təlimlərdə iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə il boyu aqrar sahənin bütün istiqamətlərini əhatə edən mövsümə uyğun təlimlər keçirilir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024