Kənd Təsərrüfatı Nazirliyində Barama İstehsalçıları Şurasının yaradılmasına həsr olunmuş toplantı keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, ölkənin qabaqcıl kümçüləri və barama qurdunun bəslənməsi üzrə məsləhətçilər iştirak edib.
İclasda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrində böyük nailiyyətlər əldə olunub. Qeyd olunub ki, 2016-cı ildən başlayaraq respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb, baramaçılığın yem bazasının bərpa olunması üçün Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi gətirilib, əvəzi ödənilmədən 38 rayonunda barama istehsalı ilə məşğul olan kümçülərə paylanılıb. Tədbirdə vurğulanıb ki, mütəxəssislərin nəzarəti altında 350 hektara yaxın sahədə yeni tut bağları salınıb, tinglərinin əkilməsi və budanması qaydaları barədə fermerlərə müvafiq məsləhətlər verilib. Həyata keçirilən tədbirlər nəticəsində respublikada 2007-ci ildən bəri ilk dəfə olaraq 2016-cı ildə 70,7 ton, 2017-ci ildə 245 ton, 2018-ci ildə 514 ton, 2019-cu ildə 641 ton yaş barama məhsulu istehsal edilib.
İclasda qeyd olunub ki, Barama İstehsalçıları Şurasının yaradılmasında əsas məqsəd baramaçılıq və ipəkçiliyin inkişafı sahəsində nəzərdə tutulan tədbirləri əlaqələndirməkdir.
Tədbirdə çıxış edən kümçülər Barama İstehsalçıları Şurasının işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər.
İclasda 11 nəfərdən ibarət olmaqla Barama İstehsalçıları Şurasının üzvləri formalaşdırılıb. Aqrar Elm və İnnovasiyalar Mərkəzinin direktoru İmran Cümşüdov Barama İstehsalçıları Şurasının sədri seçilib.
Tədbirin sonunda Barama İstehsalçıları Şurasının gələcək fəaliyyəti, baramaçılıq və ipəkçiliyin inkişafı ilə bağlı müzakirələr aparılıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024