Novruz bayramı münasibəti ilə Bakı və Abşeron ərazisində 5 fərqli nöqtədə təşkil olunan “Kənddən Şəhərə” Bahar yarmarkaları davam edir. Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 200-ə yaxın fermer kənd təsərrüfatı məhsullarının münasib qiymətlərlə satışını həyata keçirir.
19 mart tarixinədək davam edəcək yarmarkaların təşkilində əsas məqsəd bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə ödəmək, bazarlarda yarana biləcək süni qiymət artımının qarşısını almaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.
Bu gün Aqrar Tədarük və Təchizat ASC-nin rəhbər şəxsləri media nümayəndələrinin iştirakı ilə yarmarkada olub. ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev yarmarka barədə jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC tərəfindən təşkil olunan yarmarkaların əsas məqsədi fermerlərin öz məhsullarını rahat sata bilməsi və paytaxt sakinlərinin bu məhsullara olan tələbatının ödənilməsidir.
“Bildiyiniz kimi, yarmarkalar “Kənddən Şəhərə” layihəsi çərçivəsində mütəmadi olaraq keçirilir. Bu yarmarkalarda ölkəmizin müxtəlif bölgələrindən olan fermerlər iştirak edir və öz məhsullarını təqdim edir. Biz həm yarmarkalar vasitəsilə, həm də “Kənddən Şəhərə” satış mərkəzləri vasitəsilə kiçik fermer təsərrüfatı sahibləri və yerli qida istehsalçılarının məhsul satışına dəstəyimizi davam etdiririk. Bundan başqa “Kənddən Şəhərə” layihəsi çərçivəsində vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması və onların kənd təsərrüfatı məhsullarına əlçatanlığının təmin olunması məqsədi ilə səyyar satış da həyata keçirilir. Hazırda satış avtomobilimiz Ağa Nemətulla küçəsi 62 ünvanında xidmət göstərir.”
Yarmarkada iştirak tamamilə ödənişsizdir. Fermerlərin yarmarkada iştirakı üçün ehtiyacı olanlara loqistika dəstəyinin göstərildiyini deyən Aqil Quliyev yarmarkada qiymətlərin fermerlər tərəfindən təyin edildiyini bildirib. O, təcrübəyə əsaslanaraq heç bir əlavə xərci çıxmayan fermerlərin təyin etdiyi qiymətlərin digər topdansatış məntəqələrindəki qiymətlərlə müqayisədə xeyli münasib olduğunu diqqətə çatdırıb.
Hər gün bir neçə dəfə fermerlərin temperaturunun ölçüldüyünü diqqətə çatdıran qurum rəsmisi koronavirus təhlükəsinə qarşı mütəmadi olaraq profilaktik tədbirlərin həyata keçirildiyini deyib.
“Koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə yarmarkalarda təxirəsalınmaz tədbirlər həyata keçirilib, tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib. Mütəmadi olaraq yarmarkalarda dezinfeksiya işləri aparılır, fermerlər zəruri olan tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunurlar. Təkcə yarmarkaların keçirildiyi məkanlar deyil, Aqrar Tədarük və Təchizat ASC-nin bütün regional idarələri və anbarlarında, “Kənddən Şəhərə” satış mərkəzlərində də mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.”
Xatırladaq ki, “Kənddən Şəhərə” Bahar yarmarkaları Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilir. Yarmarkalar aşağıdakı ünvanları əhatə edir:
Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)
Nərimanov rayonu, Gənclik metro stansiyasının yanı
Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi (Neftçilər parkının yanı)
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024