• Ana səhifə
  • Xəbərlər
  • KƏND TƏSƏRRÜFATI NAZIRLİYİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLİB
KƏND TƏSƏRRÜFATI NAZIRLİYİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLİB

Kənd Təsərrüfatı Nazirliyində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov 20 yanvar hadisəsinin Azərbaycan xalqının milli azadlıq mübarizəsinin simvolu olduğunu deyib. Nazir müavini bildirib ki, Azərbaycan xalqına qarşı bu cinayət planlı şəkildə həyata keçirilib. Böyük dövlətlərin 20 yanvar hadisələri qarşısında susqunluq nümayiş etdirdiyini deyən Seyfəddin Talıbov o zaman yalnız Ulu Öndər Heydər Əliyevin susmadığını, Azərbaycanın Moskvadakı səfirliyinə gedərək baş verən hadisələrin mahiyyətini bütün dünyaya açıqladığını xatırladıb. O, 20 yanvar hadisələrinə siyasi qiyməti də məhz Ulu Öndərin təşəbbüsü ilə verildiyini, Heydər Əliyevin təşəbbüsü ilə parlamentdə xüsusi komissiyasının yaradıldığını bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycan xalqı şəhidlər versə də, mübarizəni sonadək davam etdirdiyini bütün dünyaya sübut etmiş oldu.  

Anım mərasimində çıxış edən natiqlər 20 yanvar hadisələrini Azərbaycan xalqının tarixində şanlı səhifə adlandırıblar. Çıxışlarda bildirilib ki, Azərbaycana qarşı torpaq iddiaları ilə başlayan prosesin davamı olan 20 yanvar hadisələri xalqımızın mübarizə əzmini qıra bilməyib, əksinə bu hadisələr Sovet İttifaqının süqutunda önəmli rol oynayıb. Mərasimdə 29 il əvvəl baş vermiş hadisələr xalqımızın qəhrəmanlıq salnaməsi kimi dəyərləndirilib, şəhidlərin xatirəsinin həmişə əziz tutulacağı qeyd olunub.



  • A
  • A
  • A