Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov “Sial Paris” beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edib. Nazir “Made in Azerbaijan” adlı vahid ölkə pavilyonu ilə sərgidə iştirak edən 23 şirkətin nümayəndələri ilə görüşüb, şirkətlərimizin stendlərinə baş çəkərək nümayiş olunan məhsullarla tanış olub. Sahibkarlar sərgilənən məhsullar haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, Azərbaycanın Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə şirkətlərimiz SİAL Paris beynəlxalq ərzaq sərgisinə qoşulublar.
Sərgi çərçivəsində sahibkarlarımız yerli distribüterlərlə görüşəcək və ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.
“Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqətin nəticəsində aqrar sektor, aqrar sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub. SİAL beynəlxalq ərzaq sərgisində iştirakımız bu inkişafın bariz nümunəsidir, eyni zaman da Prezidentimizin həyata keçirdiyi aqrar siyasətin konkret bəhrəsidir. Azərbaycanın SİAL beynəlxalq ərzaq sərgisinin açılışında iştirakı sevindirici haldır. Bu bir daha ölkəmizə olan marağı əks etdirir”. Bu fikirləri SİAL beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov AZƏRTAC-a müsahibəsində bildirib.
Nazir qeyd edib ki, SİAl ən böyük beynəlxalq ərzaq sərgilərindən biridir. Azərbaycan şirkətləri sərgidə geniş tərkibdə təmsil olunurlar.
“Azərbaycan Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin birgə dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə 23 şirkətimiz sərgidə iştirak edir. 300 çeşiddə məhsul nümayiş etdirən şirkətlərimizin məhsullarına elə ilk gündən böyük maraq göstərilməsi bizi çox sevindirir. Bəzi şirkətlərimiz hətta ilkin alıcılarını taparaq, müəyyən razılığa gəliblər. Bu sərgi kənd təsərrüfatı məhsullarımızın təşviqi üçün geniş imkan yaradır”.
Nazir İnam Kərimov əminliyini bildirib ki, sərgi çərçivəsində şirkətlərimiz potensial müştərilərlə müvafiq müqavilələr imzalayacaq. Bu isə gələcəkdə ölkəmizin kənd təsərrüfatı məhsullarının istehsalına dəstək, kənd təsərrüfatı sənayesinin inkişafına böyük töhfə verəcəkdir.
Nazir qeyd edib ki, bu gün Azərbaycan məhsullarına olan maraq, növbəti sərgidə iştirak edəcək şirkətlərimizin sayının daha da artmasına xidmət edəcək.
Kənd təsərrüfatı naziri İnam Kərimov Fransaya səfəri çərçivəsində fransalı həmkarı Didye Giyom ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, “Sial Paris” beynəlxalq ərzaq sərgisi məkanında keçirilən görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazir İnam Kərimov Fransanın ölkəmizin kənd təsərrüfatı, eləcə də digər sahələrdə əsas strateji tərəfdaşı olduğunu bildirib. İki ölkə arasında yüksək səviyyəli dostluq münasibətlərinin, səmərəli iqtisadi münasibətlərin bir çox sahələrdə ikitərəfli əməkdaşlıq üçün münbit şərait yaratdığını diqqətə çatdırıb.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə daxil olub. Ölkə rəhbəri tərəfindən aparılan düşünülmüş və düzgün siyasət sayəsində kənd təsərrüfatının sosial-iqtisadi göstəriciləri artıb, böyük uğurlar əldə edilib. Ötən il kənd təsərrüfatı ölkədə ÜDM-in 5.6 faizini təşkil edib.
\"Ərzaq təhlükəsiziliyi, əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması ölkəmizdə vacib prioritetlərdən biridir. Aqrar sahədə innovasiyalardan istifadə, kənd təsərrüfatı işçiləri ilə yaxınlıq və yaxşı idarəçilik bu sahədə aparılan islahatların başlıca prinsipləridir\" - deyə nazir vurğulayıb.
Azərbaycan kənd təsərrüfatı naziri fransalı həmkarına ticarət əlaqələri və aqrar sahədə əməkdaşlığın perspektivləri, ölkəmizdən Fransaya ixrac olunan kənd təsərrüfatı məhsulları haqqında ətraflı məlumat verib. Kənd təsərrüfatı sahəsində memorandum və baytarlıq sahəsində protokol imzalandığını xatırladıb, aqrar sektorda müvafiq tədqiqatların aparılması, təcrübə mübadiləsi, innovativ texnologiyalardan istifadənin əhəmiyyətinə toxunub.
Fransanın kənd təsərrüfatı naziri Didye Giyom ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, aqrar sektorun inkişafının əhəmiyyətinə toxunub, Kənd təsərrüfatı sahəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Kənd təsərrüfat naziri İnam Kərimov fransalı həmkarını ölkəmizə səfərə dəvət edib.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024