• Ana səhifə
  • Xəbərlər
  • KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ ÖLKƏDƏ PAMBIQÇILIĞIN İNKİŞAFINA HƏSR OLUNMUŞ NÖVBƏTİ MÜŞAVİRƏ KEÇİRİLİ...
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ ÖLKƏDƏ PAMBIQÇILIĞIN İNKİŞAFINA HƏSR OLUNMUŞ NÖVBƏTİ MÜŞAVİRƏ KEÇİRİLİB

Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib. Nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə nazirlik Aparatının, tabeli qurumların rəhbər şəxsləri, pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıq emalı müəssisələrinin nümayəndələri, qabaqcıl fermerlər iştirak ediblər. Tədbirdə bir ay əvvəl keçirilmiş müşavirədə verilən tapşırıqların icra vəziyyəti, 2019-cu ilin pambıq əkinləri üçün bağlanmış müqavilələr, aparılmış şumun vəziyyəti, texnika, gübrə, toxum, dərman və su təminatı ilə bağlı mövcud durum müzakirə olunub. Müşavirə iştirakçıları “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş müşavirələr ayda bir dəfə keçirilir.

 


  • A
  • A
  • A