• Ana səhifə
  • Xəbərlər
  • KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN FAO İLƏ BİRGƏ SALYANDA KEÇİRDİYİ LAYİHƏ MÜZAKIRƏ OLUNUB
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN FAO İLƏ BİRGƏ SALYANDA KEÇİRDİYİ LAYİHƏ MÜZAKIRƏ OLUNUB

 

Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki əməkdaşlıq proqramı çərçivəsində Salyan rayonunun Şorsulu kəndində “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsi həyata keçirir.

 

Bu gün layihənin nəticələrinə dair II seminar keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov layihənin baş texniki eksperti cənab Morten Hartvigsenlə layihə üzrə görülmüş işləri müzakirə edilib və qarşıda duran vəzifələrin icrası ilə bağlı plan müəyyənləşdirilib.

 

Tədbirdə nazirliyin aidiyyəti qurumlarının, şöbələrinin nümayəndələri və ekspertlər planın icrasına dair fikir mübadiləsi aparıblar.

 


  • A
  • A
  • A