• Ana səhifə
  • Xəbərlər
  • KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ƏMƏKDAŞLARI COCUQ MƏRCANLIDA SAKİNLƏRLƏ GÖRÜŞÜBLƏR
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ƏMƏKDAŞLARI COCUQ MƏRCANLIDA SAKİNLƏRLƏ GÖRÜŞÜBLƏR

 

Kənd Təsərrüfatı Nazirliyi bir qrup əməkdaşının iştirakı ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində sakinlərlə görüşlər keçirilib.

Görüşlərdən öncə nazirliyin əməkdaşları, yerli Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və səyyar baytar həkim qrupu Cocuq Mərcanlı kənd sakinin Oktay Həziyevə məxsus təsərrüfatda olublar. Bildirilib ki, təsərrüfatda 80 baş iribuynuzlu, 400 baş xırdabuynuzlu heyvan saxlanılır və təsərrüfatda mütəmadi baytarlıq baxışı keçirilir, heyvanlar vaxtlı-vaxtında peyvənd olunur və heyvanların sağlamlıq durumları normaldır. Eləcə də bildirilib ki, təsərrüfatın otlaq sahələri, yem bazası və lazım olan təchizatı mövcuddur.

Səyyar baytar həkim briqadası təsərrüfatın heyvanlarını yerli mütəxəssislərlə birlikdə kiliniki baxışdan keçirərək, iribuynuzlu heyvanlar arasında qarayara xəstəliyi əleyhinə peyvəndləmə aparıb və dezinfeksiya tədbiri həyata keçiriblər.

Sonra kəndin iclas salonunda, eləcə də Horadiz şəhərində yerləşən Füzuli rayon DAİM-də sakinlərlə görüşlər keçirilib. Görüşlərdə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və identifikasiya şöbəsinin müdiri Asəf Ömərov, Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayev, Cəbrayıl DAİM-in rəisi Şahin Şirinov, Respublika Süni Mayalanma Mərkəzinin direktoru Ramiq Abbasov və digərləri çıxış edərək heyvandarlığın inkişafına dövlət dəstəyi, aparılan peyvəndləmə tədbirləri, süni mayalamanın əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Eləcə də təmənnasız olaraq Cocuq Mərcanlıda saxlanılan heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə 200 doza miqdarında cins heyvan toxumunun veriləcəyi bildirilib.

Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Görüşdə heyvandarlıqla məşğul olan insanların müraciətləri dinlənilib, lazımi məsləhət və tövsiyələr verilib.







  • A
  • A
  • A