• Ana səhifə
  • Xəbərlər
  • KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ƏMƏKDAŞLARI ÇİNDƏ KEÇİRİLƏN SEMİNARDA İŞTİRAK EDİBLƏR
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ƏMƏKDAŞLARI ÇİNDƏ KEÇİRİLƏN SEMİNARDA İŞTİRAK EDİBLƏR

 

Seminar ekoloji kənd təsərrüfatı sistemləri və kənd təsərrüfatının davamlı inkişafı mövzusuna həsr olunub.

 

Çin Xalq Respublikasında “Ekoloji kənd təsərrüfatı sistemləri və kənd təsərrüfatının davamlı inkişafı” mövzusunda təşkil edilmiş seminar keçirilib. Kənd Təsərrüfatı Nazirliyi Aparatının Torpaqdan istifadəyə nəzarət şöbəsinin mütəxəssisləri Firidun Tağıyev, Ərşad Yaşar və Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Əbdülrəhim Dadaşov seminarda iştirak ediblər.

Tədbirə Azərbaycanla yanaşı Misir, Pakistan, Zimbabve, Syerra-Leone və Botsvanadan 21 iştirakçı qatılıb. Seminarda müasir kənd təsərrüfatının inkişafı, kənd təsərrüffatı kooperativlərinin fəaliyyətinin təşkili, ənənəvi kənd təsərrüfatına dəstək, ağıllı kənd təsərrüfatı sistemləri, kənd təsərrüfatında ekoloji normaların qorunması mövzuları müzakirə olunub.

Yüksək səviyyədə təşkil edilmiş seminarın proqramına mühazirələr, sahə turları və kulturoloji turlar daxil edilib. İştirakçılar Seminarın Handan, Dezhou, Huzhou və Hangzhou şəhərlərinə səyahət etmək imkanı qazanıblar. Azərbaycan nümayəndə heyəti mühazirələrdə, sahə turlarında və kulturoloji turlarda fəal iştirak edib.

Təlimin sonunda Nazirliyin əməkdaşları tərəfindən ölkəmiz haqqında, xüsusən də  kənd təsərrüfatının müxtəlif sahələrinin statistik göstəriciləri barədə təqdimat keçiriblər. Nümayəndə heyətinin üzvlərinə kursu müvəffəqiyyətlə başa çatdırdıqlarını təsdiqləyən sertifikatlar təqdim olunub.









 


  • A
  • A
  • A