• Ana səhifə
  • Xəbərlər
  • ƏKİNÇİLİK ELMİ-TƏDQİQAT İNSTİTUTU TƏRƏFİNDƏN BÖLGƏLƏRDƏ FERMERLƏR ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB
ƏKİNÇİLİK ELMİ-TƏDQİQAT İNSTİTUTU TƏRƏFİNDƏN BÖLGƏLƏRDƏ FERMERLƏR ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB

 

Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Ucar, Göyçay, Tərtər, Bərdə, Ağdam və Yevlax rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) \"Taxıllardan yüksək keyfiyyətli məhsul alınmasında xəstəlik və zərərvericilərə qarşı mübarizənin əhəmiyyəti\" mövzusunda fermerlər üçün təlimlər keçirilib.

Təlimçilər respublika ərazisində yayılan, məhsuldarlığa və onun keyfiyyətinə mənfi təsir edən zərərli orqanizmlərlə bağlı təqdimatlarla çıxış ediblər. Təqdimatlarda zərərvericilərə qarşı aqrotexniki və kimyəvi mübarizə tədbirləri, həmçinin respublikanın taxıl əkinlərində yayılmış zərərli orqanizmlər-xəstəliklər (göbələk, bakteriya, virus) ziyanverici həşəratlar, nematodlar, gəmiricilər, alaq otlarının növ tərkibi, yayılması, zərərvericiliyi və onlara qarşı qarşı mübarizə tədbirləri haqqında geniş məlumat verilib.

Sonda geniş fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri dinlənilib və sualları ətraflı cavablandırılıb.





  • A
  • A
  • A