Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTB ETİ) seleksiyaçılarının yaratdıqları pambıq sortlarının kəmiyyət göstəricilərilərinə görə qiymətləndirilməsi üçün respublikanın 3 müxtəlif torpaq iqlim şəraitində sınaq keçirilir. Samux rayonunda yerləşən Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin ərazisində, Ucar rayonunda Şirvan Təcrübə Stansiyasında və Beyləqan rayonunda Mil Təcrübə Stansiyasında ilkin və müsabiqəli sort sınaqlarında pambıq sortlarının perspektivlilik dərəcəsi öyrənilir. Mil Təcrübə Stansiyasında 20 pambıq sortu kompleks təsərrüfat qiymətli əlamətlərinə görə perspektivliliyinin ilk sınaqda qiymətləndirilməsi və hər hansı torpaq iqlim şəraitinə uyğun olması müəyyənləşdirilir.
Müsabiqəli sort sınağına 29 pambıq sortu təqdim olunub, bunlardan 25-i ortalifli, 4-ü isə zəriflifli sortdur. Sortlar 3 il müddətində sınaqdan keçiriləcək. Məqsəd rayonlaşdırılmış pambıq sortlarına nisbətən kəmiyyət və keyfiyyət göstəricilərinə görə üstünlük təşkil edən yeni sortları aşkar edib bitki sortlarının qeydiyyatı və toxum nəzarəti üzrə dövlət reyestrinə təqdim etməkdir.
BMTB ETİ-nin direktoru Elçin Xəlilov, seleksiyaçı alim Ələddin Tağıyev, Mil TS-nin direktoru Ramis Şükürov və təcrübə stansiyasının əməkdaşları müsabiqəli sort sınaqlarına tarla baxışı keçiriblər. Tarla baxışının ilkin nəticəsinə görə, “Gəncə-283” ortalifli, “Gəncə-290” zəriflifli pambıq sortları perspektivli hesab edilib.
“Gəncə-290” sortu G.Barbandenze L. növünə mənsub olmaqla zəriflifli pambıq sortudur. Onun lifinin keyfiyyəti yüksək olmaqla uzunluğu 40 mm olur. (G.Hirsutum L. növünə məxsus orta lifli pambıq sortlarında lifin üzunluğu 34-35 mm-dir). Zəriflifli pambıq sortlarının mahlıcından yüksək keyfiyyətli parçalar toxunur. Bu tip sortlar gec yetişdiyi və yüksək temperatura çox tələbkar olduğu üçün respublikamızda geniş əkilmir. Aparılan seleksiya işləri nəticəsində yaxın illərdə sortun tezyetişkənliyi və respublikamızın temperaturuna uyğunlaşdırılması təmin ediləcək.
Son illər alimlərimiz istiqamətli seleksiya işi apararaq tezyetişən zəriflifli “Gəncə-46”, “Gəncə-120”, “Gəncə-125”, “Gəncə-190” pambıq sortları yaradıblar.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024