Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi katibi Sevda Hacıyeva Naxçıvan Muxtar Respublikasında Akademik Həsən Əliyev adına Araz Elm İstehsalat Birliyində səfərdə olub.
Səfər çərçivəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən yaradılmış buğda sortları və sabitləşmiş hibrid xətlərinə baxış keçirilib. Bildirilib ki, təcrübə sahəsində aqrotexniki qulluq işləri vaxtında həyata keçirilib, sələf tərəvəz bitkiləri olmaqla, səpinqabağı hektara 15 ton üzvi gübrə, 100 kq fiziki çəkidə amofoska, bitkilərin kollanma fazasında hektara təsiredici maddə hesabı ilə 90 kq azot gübrəsi (NH4NO3) verilib. Vegetasiya müddətində nümunələr 3 dəfə suvarılıb. Qeyd olunub ki, ərazidə olan torpaqlar qida maddələri ilə zəif və orta dərəcədə təmin olunsa da aparılan düzgün aqrotexniki tədbirlərin nəticəsi olaraq təsərrüfatda Fatimə sortundan 45 s/ha, Qobustan sortundan isə 33 s/ha məhsul əldə edilib. Ayrı-ayrı fermer təsərrüfatlarında Qobustan sortundan orta hesabla 32 s/ha məhsul əldə edilib. Bundan əlavə, təsərrüfatda Cümhuriyyət-100, Səba 2, Əsəd 80, Dəyirman, Xırman, Barış, Mətin, Onur və s. buğda sortlarının da sınağı keçirilir.
Eyni zamanda, sabitləşmiş hibrid xətlərdə seçmə aparılıb və bölgə üçün uyğun materiallar seçilib. Boyu 40 sm olan Əzəmətli 95 (Azərbaycan) x TSXA PUAN (Dərbənd) hibridindən alınmış cırtdanboylu sabit xətdən seleksiya işlərində alçaqboylu sortların yaradılması üçün ilkin material kimi istifadə edilməsi tövsiyə edilib.
Naxçıvan Muxtar Respublikasında Akademik Həsən Əliyev adına Araz Elm İstehsalat Birliyindən verilən məlumatlara əsasən, nümunələr sarı və qonur pas xəstəliklərinə davamlı olub, 1-3 bal səviyyəsində unlu şeh xəstəlikləri ilə sirayətləniblər. Seleksiya təcrübələrində ən çox sirayətlənmə bərk sürmə xəstəliyi ilə olub, sabitləşmiş hibrid xətlər kompleks xəstəliklərə davamlılıq göstəriblər. Geniş əkin sahələrində əkilmiş sortların toxumları bu xəstəliyə qarşı dərmanlandığı üçün sirayətlənmə qeydə alınmayıb.
Bölgə üçün seçilmiş sabitləşmiş hibrid xətlərdə məhsuldarlıq 60-65 s/ha olub.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024