https://cabmin.gov.az/az/document/4175/
Nazirlər Kabinetinin 518 nömrəli Qərarı Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə verilmiş tapşırıqların icrasını təmin edir.
Həmin Qərarla edilmiş dəyişikliklər subsidiyaların verilməsində sabitliyi, davamlılığı və sadəliyi nəzərdə tutur.
Belə ki, əvvəlki qaydaya əsasən, hər bir kənd təsərrüfatı məhsulu üçün ayrılıqda subsidiya verilirdi və hər bir subsidiya üçün zərurət yarandıqca birdəfəlik Sərəncamlar imzalanırdı. Məsələn, bitkiçilik üzrə Sərəncam imzalanır və fermerə hər hektara görə 100 manat civarında birdəfəlik subsidiya ödənilirdi. Eynilə, heyvandarlıq, arıçılıq və balıqçılıq təsərrüfatları üçün də ayrıca sərəncamlar imzalanırdı. Tütünçülük və pambıqçılıq isə ümumiyyətlə bu siyahıya aid deyildi.
İndi isə, vahid qayda təsdiq edildikdən sonra 1) hər sahə üzrə ayrıca Sərəncam imzalanması ilə yanaşı, 2) vaxtaşırı yeni Sərəncam imzalanması zərurəti də aradan qalxır, 3) nəhayət, tütün və pambıqçılıq da bu siyahıya daxil edilir. Başqa sözlə, hər sahə üzrə ayrılıqda və hər dəfə təkrar sərəncamlar imzalanmasına ehtiyac qalmır. Nəticədə birdəfəlik olaraq bütün sahələri əhatə edən mexanizm qurulur, normayaratmada təkrarçılıq aradan qaldırılır və mütəmadi xarakterli vahid sistem yaradılır.
Qərara əsasən plastik kartların verilməsində də yeni, daha sabit və daha uzunmüddətli bir mexanizm formalaşdırılır.
İndiyədək subsidiyaların ödənildiyi üçillik plastik kartlar yalnız bitkiçilik, o cümlədən tütün və pambıq istehsalçılarına verilirdi. Heyvandarlıq sahəsində çalışanlar isə üçillik kartlarla təmin edilmirdilər. Yeni vahid Qayda bitkiçiliklə yanaşı heyvandarlıqla məşğul olan fermerlərə də subsidiyaların ödənilməsi üçün üçillik plastik kartlarının verilməsini nəzərdə tutur. Bu heyvandarlıq sahəsində çalışanlara dövlət dəstəyinin sabitliyini və sadələyini təmin edir.
Üçüncü mühüm məqam isə ondan ibarətdir ki, buna qədər fermerlər plastik kartları almaq üçün hər birinə ayrılıqda olmaqla, Kənd Təsərrüfatı Nazirliyinə və Maliyyə Nazirliyinə, yəni iki instansiyaya müraciət edirdilər. İndi isə yalnız bir instansiyaya - Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edəcəklər. Nəticə etibarılə vaxta qənaət edilir, əlavə kargüzarlığa və xərclərə ehtiyac olmur.
Bu yeni vahid Qayda:
- pambıqçılıq, tütünçülük və heyvandarlıq sahəsində çalışanlara dövlət dəstəyinin mütəmadi mexanizmlərini yaradır;
- kənd təsərrüfatına dövlət dəstəyini gücləndirir;
- sabit və proqnozlaşdırılması asan olan dövlət dəstəyi mexanizmini formalaşdırır;
- subsidiya prosesində sənədləşməni sadələşdirir;
- fermerlər üçün 3 il müddətinə öz təsərrüfatları ilə bağlı aydın təsəvvür edilən biznes plan qurmaq imkanı yaradır;
- bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində sərmayə riskini azaldır;
- dövlətin 3 il müddətində zəmanətli dəstəyi ilə əlavə investisiya cəlb edilməsi üçün əlverişli mühit formalaşdırır.
Link: https://cabmin.gov.az/az/article/647/
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024