Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə Niderlandlı ekspert Hilde van der Wal Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələrinə “Fermer təsərrüfatı və tədqiqat metodları” mövzusunda seminar keçib. Seminarda ADAU-nun ingilis dilli qruplarından - “Aqrar iqtisadiyyat”, “Torpaqşünaslıq və aqrokimya”, “Aqronomluq”, “Baytarlıq təbabəti və zoomühəndislik”, “Aqromühəndislik” ixtisasları üzrə təhsil alan tələbələr iştrak edib.
Seminarda ADAU-nun Tədris işləri üzrə prorektoru Anar Hətəmov, Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdir müavini Nəzrin Bağırova da iştirak edib.
Ekspert Hilde van der Wal tələbələrə Niderlandda heyvanların yetişdirilməsinin yeni texnologiyaları, heyvandarlığın ətraf mühitə təsiri, aqrar sahədə qanunvericilik bazası barədə məlumat verib. Eyni zamanda, xarici ekspert torpaqların konsolidasiya qaydaları və onların tənzimlənməsi, kənd təsərrüfatında suya və ətraf mühitə qənaət məqsədi ilə innovativ texnologiyaların tətbiqi məsələsinə toxunub. Mütəxəssis yeni tədqiqat metodları ilə bağlı təqdimat edib, Afrika ölkələrində apardığı tədqiqatları tələbələrin diqqətinə çatdırıb.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024