Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Sentyabrın ayının 10-dan indiyədək Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlax, Şabran, Masallı, Zaqatala, Qax, Oğuz, Qəbələ, Beyləqan, Füzuli, Saatlı, İmişli, Zərdab və Balakən rayonları üzrə 312 kənd daxil olmaqla səyyar gübrə satışından 3367 vətandaş yararlanıb. Ötən həftə keçirilən səyyar gübrə satışından 72 kənd üzrə 602 vətəndaş yararlanıb. Səyyar gübrə satışı bütün regionlar əhatə olunmaqla mövsümün sonuna kimi davam etdiriləcək.
Güzəştli qiymətlərlə səyyar gübrə satışı qaydalarında və qiymətlərdə dəyişiklik yoxdur. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir ki, ödənişlər üçün vətəndaşın banklara müqaricət etməsinə ehtiyac yaranmır.
Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 Çağrı Mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərlər. Həmçinin xidmətlərin təşkil olunacağı kəndlər barəsində Aqrolizinq ASC-nin rəsmi sosial şəbəklərini izləyərək, elanlarla tanış olmaq mümkündür.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024