Ağdam və Kürdəmir rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri başlayıb.
İyulun 4-də başlayan mübarizə tədbirləri Ağdam rayonunda 520 hektar, Kürdəmir rayonunda isə 1230 hektar (830 ha trixoqramma, 400 ha habrobrakon) pambıq əkini sahələrini əhatə edib və trixoqrammadan və habrobrakondan istifafə olunub.
Hazırda hər iki rayonda bioloji mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, trixoqramma pambıq sovkasının təbii düşməni sayılır və zərərvericinin yumurtası ilə qidalanan parazit həşəratdır.
Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub 0,5-0,8 mm uzunluğundadır. Bu həşərat pambıq sovkasının yumurtasına öz yumurtasını qoyur və yumurtadan pambıq sovkası deyil, trixoqramma çıxır. Tixoqramma həmçinin sahədə pambıq sofkasının yumurtaları ilə qidalanır. Trixoqrammanın hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxili möhtəviyyatını yeyərək məhv edir. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi) yumurtasının daxilinə qoyur. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərazində başa çatır.
Trixoqrammalar laboratoriya şəraitində yoxanıldıqdan sonra tarlalara buraxılır. Buna görə də çoxaldığı laboratoriyanın temperatur və rütubət şəraitinin təbiətdəkinə yaxın olması vacibdir. Tarla birkilərində və bağlarda trixoqramma ya yetkin dövründə, ya da sahibin yumurtasından çıxmağa bir iki gün qalmış buraxılmalıdır.
Azərbaycanda pambıq sahəsində pambıq sovkasının tırtılları habrobrakon tərəfindən 42-50% məhv edilir. Həşərat əvvəlcə tırtılı, yumurta qoyanı ilə sancaraq iflic edir, sonra isə yumurtasını onun üzərinə qoyur, yumurtadan çıxan sürfə tırtılın daxilinə keçir və onun daxili orqanları ilə qidalanaraq onu məhv edir. Hər bir dişi fərd ömrü boyu 350-ə qədər yumurta qoyur və bu dövrdə 240-a qədər tırtılı iflic edir. Yoluxmuş tırtıllar 10-12 gün yaşayıb məhv olur.
Laboratoriya şəraitində çoxaldılmış habrobrakon tarlalara pambıq sovkasının tırtılları görünməyə başlayan zaman və hər hektara sayı 10.000 ədəd olmaqla buraxılmalıdır.
Nəzərə alaq ki, trixoqramma və habrobrakon minici pambıq sovkasının, payızlıq sovkanın və çəmənlik kəpənəyinin tırtıllarının 30-50% azalmasına səbəb olur. Bu həşəratlar həmin zərərvericilərin populyasiya sıxlığını İqtisadi Ziyanvurma Həddindən (İZH) ((pambıq sovkası – 1 tırtıl/ m2, payızlıq sovka 2-5 tırtıl/m2, çəmənlik kəpənəyi – 10 tırtıl/m2, kələm sovkası – 1-2 tırtıl/m2) xeyli aşağıda saxlamaqla, yüksək bioloji səmərəlilik göstərirlər.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024