Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Abşeron rayonlararası Bioloji laboratoriyası tərəfindən iyunun 24-də trixoqrammalardan istifadə etməklə başlayan və hazırda davam edən bioloji mübarizə tədbirləri Kürdəmir, İmişli və Beyləqan rayonlarını əhatə edir.
Abşeron rayonlararası Bioloji laboratoriyasında 2015-ci ildən trixoqrammanın istehsalı bərpa edilib. Həmin ildən başlayaraq İmişli və Beyləqan rayonlarının pambıq sahələrində pambıq sovkasına qarşı uğurla tətbiq edilib və pestisidlərin tətbiqindən tam imtina edilib. Nəticədə də məhsulun maya dəyəri azaldılıb və aqrobiosenozlarda mövcüd olan “bitki-fitofaq-entomofaq” sistemi qorunub saxlanılıb. Hazırda laboratoriya tərəfindən trixoqrammaların yetişdirilməsi prosesi davam etdirilir.
Qeyd edək ki, trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub, 0,4-0,8mm uzunluğundadır. Bu həşərat pambıq sofkasının yumurtasına öz yumurtasını qoyur və yumurtadan pambıq sofkası deyil, tixoqramma çıxır. Tixoqramma həmçinin sahədə pambıq sofkasının yumurtaları ilə qidalanır.
Azərbaycanda bioloji mübarizə üsulu kimi trixoqrammaların geniş tətbiqi qida məhsullarında zəhərli birləşmələrin qalıq miqdarının normada qalmasına, ekoloji təmiz bitkiçilik məhsullarının istehsal edilməsinə, təbiətdə bioloji balansın qorunmasına və insan genofondunun dəyişikliklərə uğramadan sağlam nəsillərin formalaşmasına səbəb olacaq. Buna görə də bioloji mübarizə üsullarıından istifadə olunması müasir bitki mühafizə sistemində prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlanılır.
Həmçinin respublikanın pambıqçılıq rayonlarının çoxu artıq feremon tutucuları ilə də təmin edilib. Yerli mütəxəssislər tutucular vasitəsi ilə pambıq sovkasının inkişaf dinamikasına nəzarət edir və sovkanın tırtıllarının çıxma müddətini müəyyənləşdirərək mübarizə tədbirlərinə hazırlıq işləri həyata keçirirlər. Bu tutucuların paylanmasının əsas səbəbi, rayonlarda pambıq sovkasına qarşı mübarizə tədbirlərinin düzgün təşkil edilməsi və qısa müddət ərzində həmin zərəvericilərin məhv edilməsidir.
Feremon tutucuları rayonlara paylanılmamışdan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin işçi qrupu tərəfindən adıçəkilən rayonlarda fermer təsərrüfat sahibləri və yerli mütəxəssislər üçün təlimlər həyata keçirilib və onlara feremon tutucularının mahiyyəti, sahələrdə yerləşdirilmə qaydası və onları izləmə prosesi haqqında ətraflı məlumat verilib.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024