Azərbaycanda yazlıq əkinlər davam edir. Bugünədək pambıq əkini ilə bağlı 63684 hektar sahədə çiyid səpini həyata keçirilib. Artıq sahələrin 4157 hektarında çıxış alınıb. Çiyid səpininin optimal müddətdə başa çatacağı gözlənilir.
Bu il Azərbaycanın 17 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkini proqnozlaşdırılır. Ölkədə pambıqçılığa geniş dövlət dəstəyi mövcuddur. Pambıqçı fermerlər həm əkin, həm məhsul subsidiyası alırlar. Fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat (220 əkin subsidiyası +40 manat dizelin bahalaşmasından sonra artırılan subsidiya məbləği), təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödənilir. Subsidiya almaq istəyən fermerlər öz əkinlərini digər yazlıq əkinlər kimi mayın 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməlidir.
Subsidiyalar pambıqçıların “Fermer kartı”na köçürülür. “Fermer kartı”nın nağdsız hesabında olan məbləğ yalnız elektron qaydada gübrə, toxum, pestisid almaq üçün istifadə edilə bilər.
Qeyd edək ki, ötən il Azərbaycanda sahələrdən 336,5 min ton pambıq yığılaraq qəbul məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq 2019-cu ildə 29,5 sentner, 2020-ci ildə 33,6 sentner təşkil edib. Bu, Azərbaycan pambıqçılıq tarixində qeydə alınmış ən yüksək orta məhsuldarlıq göstəricisilərindən biridir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024